Qartal və bal arısı

O kəs bəxtiyardır ki, çalışdığı sahədə,məşhurdur eləcədə. Dünya özü şahiddir hər qəhrəmanlığa, ancaq hec vəchlə geri qalmayın əsla ondan. İtirdiyi rahatlıq, çəkdiyi zəhmət üçün, şan şərəfli təriflər eşitməsə də bir gün Özlüyündə belə bir fikir ilə vəcdə gəlir...

Qurd və ququ

"Əlvida qonşum" - dedi boz Qurd Ququ quşuna: - Nahaq yerə burada çox iş açdım başıma. Adamlarınız həmən, işləriniz həməndi, Bir-birindən yamandı: "İstəyir mələk ol sən, kimdir sənin yaxandan əl götürən, əl çəkən"

Unudulmuş tək məzar

Bu gün məni səyyar xəyal, Öz dünyamdan qoparmışdır… Qulağı kar,dili də lal Bir aləmə aparmışdır. Nə şadlıq var orda,nə səs, Torpağı dərd,suyu qəmdir. Onu heç kəs keçə bilməz, O,tilsimli bir aləmdir…

Ceyran

De, yolun düşdümü Muğan düzünə? Piyada gəzdinmi çölləri sən də’? Söz qoşub ceyranın qara gözünə, Dincini aldınmı bir göy çəməndə? Yerdən ayağını quş kimi üzüb, Yay kimi dartınıb, ox kimi süzüb, Yenə öz sürünü nizamla düzüb, Baş alıb gedirsən hayana, ceyran?

Azərbaycan

Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı…