Qreqor Samsa səhər duranda özünü nəhəng böcəyə çevrilən görür. Həyatı bundan sonra ağlagəlməz məcraya yönəlir. Ustalıqla yaradılan “həşərat metaforası” bizə çoxsaylı mesaj ötürür. Novella cəmiyyətin, o cümlədən ailənin fərdə yüklədiyi məcburi borcun fəsadlarından danışır. Qazanc həyat amalına çevriləndə, sosial basqı artanda insan öz içində azır və dəhşətli bir heçliklə üz-üzə qalır. İnsana dəyər verməmək cəzaların ən böyüyüdür. Əsərdə bütün bu psixoloji əzablar unikal zahiri əksini tapır.
Zəmanənin hökmü
Biri vardı, biri yoxdu. Allahın aciz bəndəsi çoxdu. Onların biri də bizim Kür qırağında yaşayan Əlmərdan kişiydi. Bu yazığın əli xamırlı, qarnı ac idi. Ha iştərdi, şumlardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yannan, koxa bir yannan, borclu bir yannan bunun məhsulunu xırmanda qurtarardılar. Payız gələndə, kişi təzədən düşərdi qapı-qapı borc dilənməyə. Tikan qırıb satardı, meşədən odun oğurlayıb satardı. Elə ac idi ki, ac.
Qızıl ilan
Səfər adlı bir yoxsul kişi var idi. Səfər kişinin bir oğlu, bir arvadı var idi. Bir də var-dövlətdən bir inəyi var idi. Səfər kişinin peşəsi çöldən biyan çıxardıb satıb külfətini dolandırmaq idi. Səfər kişi bir gün genə çölə biyan çıxartmağa getmişdi. Çöldə biyan qazanda, gördü biyanın dibində bir qızıl ilan yatır. Qızıl ilan səfər kişini görüb ayıldı, dedi: Ay kişi, bı biyan qazıyıb satmaqnan gündə neçə qazanırsan? Səfər kişi köksünü ötürüb dedi: \ Ay başına dönüm, gündə bu biyan qazımaq ilən ikicə şahı qazanıram. İlan dedi: Gündə iki şahı qazanmaq ilən külfətini necə dolandıra bilirsən? Sən gündə maa bir qab süd gətir mən içim hər gün saa bir ləl verim, apar xırdala, dolan. Səfər kişi baş üstə deyib, qızıl ilana baş endirib getdi.
Qırmızı limuzin
O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu? Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində qohumları, ya dostları, tanışları yaşayırmış. Yadına sala bilmirdi.İşlədiyi idarənini yolu bu küçələrdən keçmirdi. Şəhəri sərgərdan dolaşıb dəxli olmayan məhəllələrdə azmaq şakəri də yoxdu. Bəs nədən bütün yan-yörə ona bu qədər məhrəm gəlirdi, sanki haçansa bu həndəvəri qarış-qarış, addım-addım hadırlamışdı. Bir də içindəki bu təşviş, qəribə nigarançılıq, narahatlıq hissi - məşum bir duyğu - hardandı? Sanki nədənsə eymənirdi. Nədən? İçində elə bir hiss vardı ki, sanki ömrü boyu yaşadığı şəhərin tanış gəlməyən bir məhəlləsinə deyil, özgə, yad bir şəhərin ona tanış görünən küçələrinə düşmüşdü.
Qara at
Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu, bir padşah vardı. Günlərin bir günündə padşahın arvadı ölür. Onun ölən arvaddan İbrahim adlı bir oğlu qalır. İndi keçək padşahın ikinci arvadı görək nə edir. Padşahın ikinci arvadından da bir oğlan olur. Padşah buları qoyur dərsə. Bir az müddət dərsə gedib gələndən sora, padşah bir gün qonaqlıq edir. Şərbət paylayırlar. Padşah əmr verir: İlxıdakı atlarımdan yoxsul adamlardan hərəyə bir at versin. İbrahim dərsdən gəldi. Bir də gördü ki, bir qoca əkinçi yedəyinə almış zil qara bir day aparır. İbrahim qocanı saxladı: Dayı, haradan gəlirsən?