Qartal və Hörümçək

Bir qartal uçaraq buluddan uca, Qafqaz dağlarına gərdi qol-qanad. Qondu birəsrlik yaşlı ağaca, Baxdıqca xoş gəldi yerdəki həyat.

Meymunlar

Hər bir işi əql ilə qəbul etdiyin zaman, Faydalıdır, şübhəsiz, xeyir görərsən ondan. Onu əqlə vurmadan qəbul etmək ziyandır, Allah özü saxlasın, böylə işlər yamandır.

Köpəyə ehsan

Var idi Şahsevəndə bir hacı, Şahsevənlər təmam möhtaci. Sahibi-dövlət idi çox ol kəs, Naqəvü kusfəndü çoxlu fərəs. Vardı Bozlar adında bir köpəyi, Qoyunun pasibanı, at köməyi.

Conatan Livinqston adlı Qağayı

Yazılan vaxt (1970) kitabın çapından 18 nǝşriyyat imtina etmişdi, yalnız bir nǝş- riyyatın tǝrǝddüdlǝ çap etmǝsindǝn qısa müddǝt sonra isǝ kitab bir milyon ǝdǝd satılmışdı. Daha sonra sürǝtlǝ dünya dillǝrinǝ tǝrcümǝ edilǝn kitab beynǝlxalq bestsellerǝ çevrildi. Tǝsadüfi deyil ki, bu ǝsǝr “oxunulması vacib olan kitab- lar” siyahılarında ön sıralarda yer alır. Müǝllif Riçard Bax istedadlı miniatür rǝssam kimi, az sözlǝ çox dǝyǝrli vǝ vaxt keçdikcǝ bu dǝyǝri artan bir ǝsǝr meydana çıxarmaǧı bacarıb. Bu kitab bir Qaǧayının mübarizǝ hekayǝsidir; mǝhdudiyyǝtlǝrlǝ, “olmaz”larla barışmayan, yalnız yemǝk üçün uçmaq istǝmǝyǝn, daim yüksǝklǝrǝ can atan vǝ nǝhayǝt buna nail olan bir Qaǧayının, hǝm dǝ hǝr birimizin daxilindǝ yaşayan gerçǝk Qaǧayının.

Həqiqi dost

Günlərin bir günü səhər Qoca Su Siçanı başını yuvasından çıxartdı. Onun xırda kinli gözləri, qısa tikanlı bığları vardı və quyruğu bir qədər qara rezinə bənzəyirdi. Gölməçənin içində sarıbülbülə bənzəyən balaca ördək balaları üzməyə çalışırdılar; Ana Ördək isə təmiz ağ rəngdə idi, qırmızı ayaqları vardı və balalarına suya necə baş vurmağı öyrətməyə çalışırdı.