Karvan

XIX əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur alman yazıçısı Vilhelm Hauf uşaq vaxtlarından əsrarəngiz nağıllar dünyasına valeh olmuşdur. O, dini təhsil almış və nağılların çoxunu hələ müəllimlik edərkən uşaqlar üçün söyləyə-söyləyə yaratmışdı. Cəmi 25 il ömür sürmüş V.Hauf “Aydan gəlmiş adam”, “Lixtenşteyn” kimi romanlar, “Şeytan memuarı” adlı satiric oçerklər toplusunun müəllifidir. “Karvan” adlı məşhur nağıllar silsiləsini Şərqin klassik abidəsi olan “Min bir gecə” nağıllarının təsiri ilə yazmışdır.

Bakı – 1501

Tanınmış yazıçı Əzizə Cəfərzadənin bu romanı XVI əsrin əvvəllərində Azərbaycanın coğrafi baxımdan indiki və ətraf ərazilərində baş verən müharibələrdən və dini çəkişmələrdən, Azərbay­can­da­kı Səfəvilər dövlətinin qüdrətlən­məsindən, qızılbaşların Şa­ma­xıya və Bakı qalasına hücumundan, Şah İsmayıl Xətainin bir pad­şah, sərkərdə və şair kimi mürəkkəb həya­tın­dan bəhs edir. Müəllif bü­tün əsər boyu Azərbaycan vətənpərvərliyini və Azərbay­can di­li­nin əhəmiyyətini cəsarətlə önə çəkib... Əsəri maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) obrazlarla canlandırmasıdır.

Siçanlar və adamlar

Dünya ədəbiyyatının ən gözəl nümunələrindən sayılan “Siçanlar və adamlar” povestindəki obrazlar bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan dünyada böyük şöhrət qazanmasına baxmayaraq Con Steynbek, elə bil, bu povestdə heç vaxt ondan ayrı düşməyən duyğularını, öz həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazıb.

Hatəm və qoyun dərisinə girmiş qurd

Biri var idi, biri yox idi, Hatəm adlı bir cavan oğlan var idi. O, anası ilə birlikdə yaşayırdı. Hatəmin bir iti, bir keçisi, bir toyuğu var idi. Bütün ili hər gün toyuq bir yumurta, keçi də bir sərnic süd verirdi. Bu südlə yumurta ana-balanı el-elə, baş-başa dolandırırdı. Hatəm toyuğa sarı buğda, keçiyə qara yonca, itə isə san fətir yedirirdi. Keçi hər il dörd dişi bala doğurdu. Amma onun balaları böyüyüb ərsəyə çatan kimi qurd oğurlayıb yeyirdi. Yazıq keçi həmişə gözünün yaşını axıdıb bala üzünə həsrət qalırdı. Hatəm nə qədər çalışırdısa da qurdu tapa bilmirdi.

Tülkü, tülkü, tünbəki

Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, görsün quşdan, cəmdəkdən bir şey taparmı, yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibinə bir parça ağappaq quyruq düşüb. Tülkü sevindiyindən oynamağa başladı. Uzun quyruğunu yerlə sürüyə-sürüyə bir xeyli oynadı. Sonra öz-özünə dedi: “Yaxşıca əlimə quyruq düşüb, onu yeməsəm, heç hara getməyəcəyəm”. Tülkünün ağzının suyu axmağa başladı. Elə bil quyruq çağırıb ona deyirdi: “Tülkü baba, gəl məni ye, tülkü baba, gəl məni ye”.