Biri var idi, biri yox idi, yer üzündə bir siçan var idi, bir pişik. Günlərin bir günü həmin bu siçan yuvasından boylanıb pişiyə dedi: - Gəlsənə qardaş olaq? Pişik etiraz elədi: - Yox, səndən mənə qardaş olmaz. Siçan soruşdu: - Niyə? Pişik cavab verdi ki, sən qorxaq, oğru, ziyankarsan.
Dəniz, göy, məhəbbət
- Dənizi hədiyyə verirəm sənə... Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. - Mən isə... göyləri verirəm, - dedin...
Getmək istəyirsən
Şair, publisist Nüsrət Kəsəmənli Respublika Komsomolu mükafatı laureatı (1982). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru (1985) vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında İdarə Heyətinin üzvü, poeziya şurasının sədri seçilib. “Sevirsənsə”, “Gözlərimin qarası”, “Özümə bənzədiyim günlər”, “Gümüş yuxular”, “Təklikdə danışaq” adlı şeir kitablarının müəllifidir. Ssenariləri əsasında “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizə”, “Ənbizlərin keşiyində”, “Azərbaycana səyahət” adlı sənədli, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmləri çəkilib.
Əmzikli sərhədpozan
Nahardan sonra hərbi hissənin meydançasında gəzintiyə çıxmışdım. Birdən gizir Fərmanzadə yaxınlaşdı. Hərbi təzim etdi, salamlaşdıq. - Xeyirdimi, İlqar? - Gəlişinin məqsədini soruşdum. - Məni də çağırıblar, - dedi və başı ilə çiynindəki səhra çantasına işarə elədi, yəni hazırlıqlı gəlmişəm, əmrə müntəzirəm. - Get, növbətçidə qeydiyyatdan keç, gözlə. - Baş üstə! - deyib getdi, yorğunluğu hiss olunurdu, bəlkə də, zastavadan yaxınlıqdakı kəndə qədər piyada gəlmişdi.