Heklberri Finnin Macəraları

Amerika yazıçısı Mark Tvenin əsl adı Səmyuel Klemensdir. Hüquqşünas ailəsində doğulmuş Səmyuel atasını tez itirdiyindən 12 yaşından işləməyə başlamışdır. Mətbəədə usta şagirdi, reportyor, qızılaxtaran olmuşdur. Mark Tven ədəbi yaradıcılığa felyeton və yumoristik hekayələrlə başlamışdır. Bir çox məqalə, povest və romanlar yazsa da, uşaqlar üçün yazdığı əsərlərlə daha çox məşhurlaşmışdır. Onun qələminə məxsus olan “Tom Soyerin macəraları” və “Heklberri Finnin macəraları” dünya uşaq ədəbiyyatının ən gözəl nümunələridir.

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Dərc olunmuş əsərlərin görmə qabiliyyəti tam məhdud, görmə pozuntusu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ölərəm dərdindən, onu bil

Dan yeri sökülürdü… Mavi səmanın qoynuna sanki qan çilənmişdi… Günəş çıxmağa hazırlaşdığı yeri köz kimi yandırırdı. Buludlar alovla qarsılmış kimi təlaşla aralanır, səma günəşi dünyaya gətirmək üçün son gücünü verirdi… Qadın göyüzünə sancılmağa hazır kimi görünən şişuclu qayanın zirvəsində idi… Kənardan baxana qaya o qədər sərt və hündür görünürdü ki, qadının onun sıldırımını necə qalxdığı sual doğururdu.

Zəfər

Günəş öz şəfəqlərini yenicə yer üzünə saçmağa başlamışdı...Arabir həzin-həzin əsən səhər mehinin ətrafa yaydığı səs insanı vəhdətə gətirir, yarpaqların xışıltısının yaratdığı əsrarəngiz hənirti sübh yuxusuna daha da şirinlik qatırdı...Pal-paltarını yığışdırıb pəncərəsindən bu füsunkar təbiət gözəlliyinə baxan Cəsurun fikri ön cəbhədə-müharibədə idi...O gecələr yatmayaraq düşünür,düşünür, götür-qoy edir,bir qərara gələ bilmirdi...“Müharibəyə gedib son qanı bahasına qədər vuruşmaq...Ya da burada qalıb xəstə valideynlərinə baxmaq”. Bu zaman anası Minayə xala qapını açıb onun yanına gəldi...

Ana...Qarabağ...Azərbaycandır!

Sübh tezdən olsa da, göy üzü qıpqırmızı idi. Axşamdan pal- paltarlı yerinə girən Zərnişan gecəni narahat yatsa da,tezdən durmağa vərdiş etdiyindən saat 6 olmamış yerindən qalxdı. Dünən gecədən toplar, minaatanlar susmuşdu. Sərhəd kəndlərində yaşayanlar üçün adi günlərdən biri başlayırdı. Bir neçə dəqiqədən sonra nə olacağı heç kimə bəlli deyildi.