Spartak

R. Covanyoli məşhur italiyan yazıçısıdır. «İtaliyanın siyasi tarixi», «Pelleqrino Rossi və Roma respublikası», «Çiçeruakyo və Don Pirlone» və bir sıra başqa əsərlər onun qələminin məhsuludur. Lakin bu əsərlərin heç biri müəllifi dünya miqyasında «Spartak» qədər məşhur ­etməmişdir. Spartak – mübarizə, mətanət, cəsarət simvoludur. Bu ad azadlıq uğrunda mübarizənin rəmzi kimi bütün bəşəriyyətin inqilabi rəşadət tarixinə ­düşmüşdür.

Qorxu vadisi

Romanın birinci hissəsində Şerlok Holms professor Moriartinin əlaltısı Porlokdan şifrəli məktub alır. Məktubda mister Duqlas adlı birisinə sui-qəsd hazırlanması barədə xəbər verilir. Bir qədər sonra Şerlok Holmsın Beykep-stritdəki evinə Skotlənd-Yardın inspektoru Makdonald gəlib xəbər verir ki, mister Duqlas öz malikanəsində qətlə yetirilib. Şerlok Holms tədqiqata başlayır. Lakin məlum olur ki, qətlə yetirilən mister Duqlas deyil, onu qətlə yetirmək istəyəndir. İkinci hissədə Pinkerton şirkətinin xəfiyyəsi Berdi Edvards, Makmerdo adı ilə Vermiss şəhərciyinə gəlir ki, “Təmizləyicilər”in dəstəsinə daxil olsun. Bu Mak-Merdoya nəsib olur. Romanın süjet xəttinin maraqlı, həyəcanlı hadisələri də bundan sonra başlayır…

Yad kişi

Şəhərə qar yağırdısa, deməli adamı hər küncdə yıxılıb boynunu qırmaq təhlükəsi gözləyirdi. Yerdə qalıb tapdaq-tapdaq olan qar gecə şaxtasında donub bərkidi və yollar parlaq buz meydançasına çevrildi. İndi küçədə gəzmək yox, konki sürmək olardı. Bu əlamətdar hadisə oğlan uşaqlarının yaman xoşuna gəlirdi, çünki dərsdən yayınmaq üçün əllərində yaxşı bəhanə vardı. İlk baxışdan əhəmiyyətsiz görünən şeylər, məsələn, qarın yağması və buza dönməsi, sürüşmək və zərblə yıxılmaq çox vaxt özündə böyük insan talelərini gizlədir və kəskin dəyişikliklərə səbəb olur; bəzən insanlara xoşbəxtlik, bəzən də uğursuzluq gətirir.

Şuşanın ayaqları

Şəhid Analarına – Şəhid Analara ithaf olunur… - Ata, sənin ayaqların hanı? - Şuşaya vermişəm, oğlum. - Şuşanın öz ayaqlarına nə olub ki, sənin ayaqlarını alıb? - Şuşanın ayaqlarını düşmənlərimiz kəsmişdi, yeriyə bilmirdi. Mən də ayaqlarımı ona verdim. - Bəs Salman əminin qolları hanı? - O da qollarını verdi Şuşaya, oğlum. - Ata, Elmaz əmi də gözlərini verib Şuşaya, eləmi? - Hə, ağıllı balam. - İndi Şuşa həm görür, həm yeriyir, həm də qolları var? - Hə, igid oğlum, indi Şuşanın həm ayaqları, həm güclü qolları, həm də görən gözləri var.

Siçan və göbələk

Payız fəsli idi. Hər yer qızılı yarpaqlarla örtülmüşdü. Bir gün bir ac siçan meşədə özünə yemək axtarırdı. Birdən yağış yağmağa başladı. Siçan özünə gizlənmək üçün yer axtaranda ağacın altında qırmızı, üstündə ağ xalları olan çətir gördü. Siçan gedib həmin çətirin altında gizləndi.