Axşam saat doqquzda evdə oturub xəbərlərə baxdığım vaxt hərbi komissarlıqdan zəng elədilər ki, Qarabağdan şəhid gətiriblər, təcili Aytəpə kəndinə aparmaq lazımdı.
Torpağı öpən ata, savaş marşı oxuyan əsgər ruhu
Qarşıdakı düşmən mövqeyində yerləşən snayperi zərərsizləşdirmək üçün əməliyyat qurmuşdum. Gecə saat 3-də üç əsgərlə neytral ərazidə mövqe tutmuşduq.
Balaca Kiberin macəraları
Namiq Abdullayev Azərbaycan ədəbiyyatında elmi-fantastika janrının ən qüdrətli nümayəndələrindən biri hesab edilir. “Balaca Kiberin macəraları” romanı da Namiq Abdullayevin fantastik janrda yazdığı ən maraqlı əsərlərindən biridir. Orta yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu əsərdə balaca Kiberin başına gələn maraqlı macəralardan − onun yad planetə səyahətindən və dostlarının köməkliyi ilə pis niyyətli məxluqlara qarşı mübarizəsindən bəhs olunur.
Bir qucaq torpaq
Ovcumdakı torpaq barmaqlarımın arasından süzüldükcə torpaqdan gələn cənnət ətrini qoxlayıb ciyərlərimə çəkirəm. Hər nəfəs aldıqca bu ətri dərindən hiss edib ona qovuşmağımın sevincini daha ürəkdən yaşamaq üçün gözlərimi bərk-bərk yumuram. Gözlərimi sıxdıqca aramla damcılayan göz yaşlarım ovcumdakı torpağa tökülür, cənnət qoxulu vətən torpağına sanki indiyədək qəlbimi didib-dağıdan həsrətin, nisgilin də ətrini qatır.
17:00-da dayanan saat
Vüsalın adı gələn yerdə hey danışmaq istəyirsən. Onun kimliyinin necəliyindən, necə qəhrəman, necə şəxsiyyət olmasından söz açmaq gəlir insanın içindən. Amma danışdıqca sözlərin onun böyüklüyü qarşısında nə qədər kiçik olduğunu dərk edib daha möhkəm susmağa qərar verirsən. Gedişi ilə tarix yazan dostum, böyüklüyü ilə sükuta qərq edən dostum, sən həmişə sükutun möhtəbərliyində yaşayacaqsan. Bütün səssizliklərdən bir sən gülümsəyir!..