Uca Tanrı yeri, göyü, dənizləri, çayları, okeanları, dağları, bir sözlə hər şeyi yaratdı. Otlaqları, münbit torpaqları, zümrüd meşələri də o yaratdı... Bu meşələrə gözəllik gətirən quşları, heyvanları da Tanrı yaratdı. Çayları da balıqsız etmədi.
Çillələr əfsanəsi
Qış adlı bir kişinin Böyük çillə, Kiçik çillə, Boz ay adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini — Böyük çilləni qırx günlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?
İki qardaşın nağılı
Bir şəhərdə iki qonşu var imiş, biri tacir, o biri əkinçi imiş. Bunların hərəsinin iki oğlu var imiş. Tacirin oğlanları həm fərasətsiz, həm də yaman dəcəl imişlər. Elə işləri, peşələri ona-buna sataşmaq imiş. Amma əkinçinin oğlanları ağıllı, zəhmətkeş, başıaşağı imiş. Bu kişinin bütün var-dövləti bircə cüt öküzü var imiş. Kişinin böyük oğlu evli, kiçiyi subay imiş, Ay dolanır, il keçir, kişi canını oğlanlarına tapşırıb ölür.
Hiyləgər keçi
Günlərin bir günündə el dağdan arana köçürdü. Bir keçi, bir dana, bir qoyunun bundan xəbəri yox idi. Özlərini xəlvət bir yerə verib otlayırdılar. Heyvanlar bir vaxt başlarını qaldırıb gördülər ki, lələ köçüb, yurdu qalıb; bir-birilərinin üzünə baxdılar. Dana ağlayıb dedi: -Keçi qardaş, qurd gəlib bizi yeyəcək. Tez bir çarə elə. Keçi dedi: - Gedək bir daxma tapıb girək içinə. Hər üçü buna razı oldu.
Zəngi
Deyirlər ki, qədim zamanlarda Bilbis şəhərində bir padşah varıymış. Günlərin bir günündə bu padşah yatıb aləmi-röyada görür ki, İsfahan şəhərində bir hammalın Zəngi adında bir oğlu olacaq, uşağ on iki yaşına çatanda vurub onu öldürəcək. Padşah bu yuxunu görən kimi yerindən dik atılıb tez vəziri yanına çağırtdırır, dili tutula-tutula, təngnəfəs yuxunu ona söyləyib dedi: – Vəzir, görəsən bu yuxu düzdürmü? Vəzir dedi: – Qibleyi-aləm sağ olsun, qoy bir rəmmal çağırım, yuxunu yozsun.