Ayrılıq

Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla.

Qayıt

Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun. Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun?!

Qaranquş və bayquş

Yetişdi baһar çağı, Bәzәdi güllәr bağı Qaranquş bir budaqda Oxuyan zaman bağda, Bayquş dedi: — Qaranquş! Bu gün qurtarıbdır qış.

Pişik və siçan

Biri var idi, biri yox idi, yer üzündə bir siçan var idi, bir pişik. Günlərin bir günü həmin bu siçan yuvasından boylanıb pişiyə dedi: - Gəlsənə qardaş olaq? Pişik etiraz elədi: - Yox, səndən mənə qardaş olmaz. Siçan soruşdu: - Niyə? Pişik cavab verdi ki, sən qorxaq, oğru, ziyankarsan.

Dəniz, göy, məhəbbət

- Dənizi hədiyyə verirəm sənə... Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. - Mən isə... göyləri verirəm, - dedin...