Dekoru butalı çayxana İçərişəhərin Murad qapısının qarşısında tikilmişdi. Şişpapaq bəy misalı görkəmi, qala divarlarının dibinə kölgə kimi düşürdü. Deyirdin çayxananın kölgəsi indicə silkinib, üzüyuxarı buludlara tərəf dırmanacaq. Görüşə yarım saat tez gəlmişdim. Kəklikotu ilə dəmlənmiş çay sifariş vermişdim, yanında da qoz mürəbbəsi. Hava hələ qaralmamışdı deyə, çayxanada müştəri çox deyildi. Qəlyan tüstüsü bir əlçim bulud kimi başımın üstündə halələnmişdi. Hərdən bir qoca kişi kimi xırıltıyla öskürürdü.
Yaddaşsız kölgələr
Mən indi yaddaşsız bir adamam. Gecə-gündüz başımın içində yad, soyuq küləklər əsir. Harda doğulduğumu, atamın-anamın, bacımın-qardaşımın, əgər onlar varsa, varlığını-yoxluğunu belə unutmuşam. Amma yox, anamın əllərinin istisi, tərtəmiz nəfəsi yaddaşımda ilişib qalıb, bir də, bir də atamın hökmlü, hərdən də nəvazişli səsi... Yaddaşım yavan olsa da, divarlarına köz kimi çoxlu göz yapışıb. Mənə görə gözlərin hərəsi bir insandı. Darıxanda boş beynimin ekranında gözləri böyüdüb kitab kimi oxuyuram. Adamların həyatı, yaşadıqları, sevinci, kədəri, azruları, yarımçıq sevgisi, gizli niyyəti belə gözlərinə yazılıb. Niyə adamlar bu yazıları oxuya bilmir - deyə kədərlənirəm. Hamı məni yaddaşsız saydığından dediklərimə kimsə inanmır. Heç kimi qınamıram, ağlını itirən, yaddaşını yelə verən adama kim inanar?
Sonuncu dərs
Həmin səhər dərsə gecikdiyim üçün danlanacağımdan qorxurdum, üstəlik müsyö Amel bizə feili-sifəti öyrənməyi tapşırmışdı, mənsə heç nə bilmirdim. Birdən ağlıma gəldi ki, dərsi buraxım, gedim dağda-dərədə veyillənim. Hava da elə isti, elə gözəliydi ki... Meşənin kənarından qaratoyuq nəğməsinin, taxta sexinin arxasındakı Rippersk çəmənliyindən isə təlim keçən almanların səsləri gəlirdi. Bu məni feili-sifətdən daha çox cəlb edirdi, amma şeytana uymayıb dərsə tələsdim. Bələdiyyə binasının yanından keçəndə elanlar lövhəsinin qarşısında toplaşan camaatı gördüm. Son iki ildə müharibədəki məğlubiyyətlər, rekvizisiya, komendantın əmrləri kimi xoşagəlməz xəbərləri biz oradan alırdıq. Addımlarımı yavaşıtmadan düşündüm: "Görəsən, yenə nə baş verib?"
Quşlar qayıtdısa
üstümə düşmüş əzrayıl kölgəsi qorxutdumu çırpıldı qübbəyə sabahın göyərçinləri artıq quşlara deyil yaşanmamış bir günün tarlasına səpiləsi bir ovuc dənin hesabı qaldı məndə Zahid Sarıtorpaq ...Usulluca örtsəm də, qapının paslanmış həncaması elə cırıldadı, ətim ürpəndi. Bir az eyvanda dayanıb göyə baxdım, “yağacaq” deyib elə qapıtəhər cırıldayan taxta pilləkənlə həyətə düşdüm. "Sənün də zayun çıxıb” – pilləkənə deyindim. Əvvəllər deyinməzdim, mismardan-zaddan tapıb ələngə pilləkənin əgər-əskiyin düzəldərdim. Deməli, mənim də zayım çıxıb...
Kişi papağı
Bu gerçək əhvalatı mənə tanışım danışıb. Üstündən yarım əsrdən çox keçsə də, mənə elə gəldi ki, məhz indi onu xatırlamaq və vətəndaşlarımıza, o cümlədən gənclərimizə danışmaq lazımdı. Deməli, əhvalat Azərbaycanın böyük dağ kəndlərindən birində baş verib və bu hadisələri görüb yaddaşına həmişəlik həkk edən bu adamın o vaxt on yaşı olub. Adət üzrə, kənddə ağsaqqallara hörmətlə yanaşırdılar. Ənənəvi olaraq, papaqlı üç nəfər həmkəndlisinin müxtəlif mübahisə və şikayətlərini həll etmək üçün kənddən keçib mərkəzdə, böyük ağacın yanında toplaşırdılar. Onların icazəsi olmadan nə milis əməkdaşları, nə də formalı prokurorlar kənddə görünə bilərdilər. Sovet hakimiyyətinin çiçəklənmə dövrü idi - indi buna inanmaq, demək olar ki, mümkün deyil. Amma yerli hakimiyyət bu kənddə adətləri bilirdi və dağlıların ənənələrinə hörmətlə yanaşırdı.