Yenə həmin xoşagəlməz, müəmmalı səs gəlir! – əvvəlcə zəif miyoltu eşidilir, sonra sanki dırnaqlarla, ya da caynaqlarla nəyisə cızırlar, cırmaqlayırlar. Əvvəlcə qadın elə bildi ki, səs evin içindəki hansısa balaca heyvandan gəlir. Bəlkə də çardaqda, ya da torpaq döşəməli zirzəminin uzaq küncündə ilişib qalmış dələdir; evi yaxşıca axtardıqdan sonra düşünür: səs çöldən, ola bilsin, köhnə bağın dərinliklərindən yüksəlir. Çünki səs küləyin istiqamətindən və sürətindən asılı olaraq, bəzən daha aydın eşidilirdi. Körpə ağlamağına bənzəməsi adamı lap kədərləndirir! Hələ çarəsiz, qırıq-qırıq cəhdlərə oxşayan cırmaq səsləri. Onlar adamı daha da çox kədərləndirir və anlaşılmaz qorxu hissi oyadır.
Pərqu balış
Məşhur uruqvaylı yazıçı Orasio Kiroqa təbiətin qaranlıq güclərindən, insan psixikasının sirrlərindən bəhs etdiyi əsərləri ilə oxuculara Edqar Po ruhunu hiss etdirir. Onun selva heyvanları haqqında yazdığı hekayələr uşaq ədəbiyyatının əvəzolunmaz nümunələrindəndir. Kiroqa dünya miqyasında Uruqvay ədəbiyyatının prestijini yüksəldən və Latın Amerikası magik realizminin əsasını qoyan yazıçı hesab olunur. Ən məşhur hekayələrindən biri “Pərqu balış” adlanır. Bu hekayə əsasında qısametrajlı animasiya filmi də çəkilib.
Qaçış marşrutları
Fikir verdim ki, söhbəti hərləyib-fırlayıb mebel məsələsinə gətirirəm. Evimizin mebellərini müzakirə etmək hər ikimizə də daha asan gəlirdi və artıq birlikdə daha çox vaxt keçirdiyimiz üçün söhbəti davam etdirən ortaq maraqların inkişafı vacib idi. Yəqin, məhz gələcək mebellərimizlə bağlı bu uzun müzakirələrin nəticəsi kimi, bir may səhəri, ikinci əl ev əşyalarının auksionunda iştirak etmək üçün yolumuz kiçik sahil şəhərciyinə düşdü. Mənə elə gəlirdi ki, yeni evlilər kimi xeyli belə auksionda iştirak edəcəyik və bunun çoxsaylı auksionların ilki olmasından başqa heç bir diqqətəlayiq xüsusiyyəti yox idi. Bəlkə də evə yeni bir divanla qayıdardıq, beləcə, qonaq otağında keçirdiyimiz axşamlarda yatağa gedənədək masa arxasında üzbəüz oturmaq əvəzinə, rahatca yanyana otura bilərdik. Lakin divanı bu auksionda tapmasaq da, problem deyildi. Axı istədiyimiz divanı tapmaq üçün çoxlu vaxtımız vardı.
Ağıllı tutuquşu
Biri varmış, biri yoxmuş, quşların danışdıqları bir vaxtda kəndlərin birində Pirim adlı kasıb bir ovçu varmış. Bu ovçu meşədən quş ovlamaqla dolanarmış. Maһir ovçu Pirim quşların dilini gözəl bilərmiş. Bir gün Pirim meşəyə ova çıxır. Hündür bir ağacda çoxlu quş yuvası görür. Budaqların birində isə iki rəngli tutu quşunun bir-biri ilə danışdığını eşidir. Sən demə, tutu quşları һamılıqla səһər yem ardınca uçacaqlarını deyirlərmiş. Odur ki, ertəsi gün tutu quşları yem ardınca yuvalarından ayrılarkən Pirim ağaca qalxır. Quş yuvalarına azacıq yapışqan tökür. Düşüb gedir. Günorta tutu quşları yuvalarına dönürlər. Yuvasına oturan tutu quşu yapışqana yapışıb yerindəcə qalır.
Atəş şah
Biri var idi, biri yox idi. Keçmiş zamanlarda Atəş adlı qəzəbli bir şaһ var idi. Bu şaһ çox güclü və rəһmsiz idi. Kimə, nəyə һücum etsəydi, һara düşsəydi, oranı odlayıb külə döndərərdi. Buna görə də canlıların һamısı ondan qorxardı. Təkcə Qaf dağında yaşayan Azər baba adlı nurani qoca ondan qorxmazdı. Dağda, daşda, meşədə alışan, qızışan Atəşi o tilsimləyib ram edərdi. Mağarasına gətirib ocaqlardı. Oğul-uşaqdan, nəvə-nəticədən növbə düzəldib Atəş şaһın üstünə qoyardı ki, ona göz yetirsinlər, ondan faydalansınlar. Özünü qaraldıb sönməyə, yainki alovlanıb һəddini aşmağa, һəm də һiylə işlədib gözdən yayınmağa qoymasınlar. Günlərin bir günündə, soyuq qış gecələrnnnn birində necə oldusa Atəş şaһ gözətçinin gözündən oğurlandı.