Dünya məktəblərində bir gün

Bu kitabda sən dünyanın müxtəlif ölkələrində təhsil alan 14 şagirdlə tanış olacaqsan. Bu uşaqların hər birinin məktəb şəraiti fərqli olsa da, onların hamısı oxumağı və oynamağı çox sevir.

Əlilliyi olan şəxslərin hüquqları haqqında

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Qəribik, şairim, qəribik, sözüm

Şairlər qəribdi bu yer üzündə Küçədə, bayırda, evdə, eşikdə, Meşənin içində, çölün düzündə Oğul, qız yanında, ata yanında. Qəribik, şairim, qəribik, sözüm, min illər sonra da ayrılıq yenə, qəmli axşamlartək enər göylərdən şairin qəbrinə, sözün qəlbinə.

Qardaşımın üzü köməyim olsun

Dilərəm Tanrıdan qəlbə dəyməyən, Uduzub yorulan, udub doymayan, Ağlaya-ağlaya top-top oynayan, Qardaşımın üzü köməyim olsun.