Amma maraqlı olanı bilirsiz nədi? O uşaq. Əslində, uşaq deyirəm, amma belə baxanda elə mən də uşaq sayılırdım da. Nə yaşımız vardı ki. Onun 20-21... Mənim də 24-25. Bir sözlə, sütül uşaqlar. Fərqimiz ondaydı ki, mən kasıbdım, o isə dövlətli balası. Özüm də indiyə kimi məəttəl qalıram, o uşaq ata-anasını necə aldadıb qaçmışdı cəbhəyə? Vaxt eləydi, bilirsiz. Cavanlar bezmişdi. Hamı gedib yazılırdı orduya ki, səfərbərlik elan olunanda yollansınlar müharibəyə. Cəbhədə vəziyyət qızışan kimi o vaxtın internetində day kim şəkil qoymadı və yazmadı ki, gedirəm müharibəyə. Vallah, bişmiş toyuğun gülməyi gəlirdi. Ümumiyyətlə, o vaxtlar necə idi? Hər yerindən duran ağzına gələni yazırdı, danışırdı. Nə böyük sayırdı, nə kiçik. Bilmirdin bu arvaddı, ya arvad qınına girən kişi. Abırsız şəkillərini qoyan kim, özünü açıq-aşkar bazardakı kimi satan kim, bir-birinin ətini didən kim. Belələriylə Qarabağı ala bilərdik?!.
Bir gecədə dəyişən arzu və ya uşaqlığın son gecəsi
Nənəmi eyvanda görən kimi Orxan dedi: - Bala, ehtiyatlı olun, yavaş sürün! Nənəm də Orxan dediyi sözləri təkrar deyəndə, üçümüz də güldük. Orxana irad tutdum: - Deməmişəm, nənəmə sataşma, mən onu çox istəyirəm. - Ay Səbinə, neylədim ki mən? - Onu yamsılayırsan! - Nailə, sən şahidsən, nənə mənim dediyimi təkrar elədi, mən onun? Hamı güldü.
Oliver Tvistin macəraları
Ç.Dikkens “Oliver Tvist”, “Milad əhvalatları”, “Böyük ümidlər”, “Devid Kopperfild”, “İki şəhərin əfsanəsi” kimi məşhur əsərlərin müəllifidir. 1837–1839-cu illərdə yazılmış “Oliver Tvist” əsəri ingilis ədəbiyyatında baş qəhrəmanı uşaq olan ilk romandır. Romanda ingilis cəmiyyətində baş alıb gedən haqsızlıqlar, uşaq əməyindən istifadə, cinayətkarlığın geniş yayılmasından bəhs olunur. Əsər, əsasən, realist üslubda yazılsa da, burada müsbət obrazların mələyə bənzədilməsi, cinayətkarların eybəcər təqdim olunması, xoşbəxt sonluq kimi romantizmə xas xüsusiyyətlərə də rast gəlmək mümkündür.
Durnaların lənəti
“Uşaqlar qurbağaları əylənmək üçün daşlayırlar, amma...” Qırmızımtıl-çəhrayı üfüq xətti boyunca durna qatarı düzülmüşdü. Axşamın enməkdə olan toranlığında bu mənzərə məni kədərləndirir, keçmiş, qayğısız uşaqlıq illərimi xatırladırdı. Axşamlar işıq sönəndə kerosin lampasının divara düşən kölgəsində anam əllərini birləşdirir, yellədir, əllərinin divardakı kölgəsi quş kimi çırpınırdı. Boz, soyuq, maraqsız payız axşamlarında anamın əllərinin kölgəsi bizi əyləndirir, güldürür, yavaş-yavaş mürgülədirdi.
10. Mədəniyyətimizin incisi - Şuşa
2021-2022-ci tədris ilindən ümumi təhsil müəssisələrində "Zəfər tarixi" tədris olunur. Kursun tədrisində əsas məqsəd şanlı ordumuzun qazandığı zəfərin tarixi əhəmiyyətini vurğulamaq, şagirdlərimizin milli-mənəvi dəyərlərə malik vətənpərvər ruhda yetişmələrinə yardımçı olmaqdır. Dərs vəsaitində Ermənistan-Azərbaycan münaqişəsinin baş verməsi, azərbaycanlı əhalinin soyqırımına məruz qalması, Qarabağın dağlıq hissəsinin və ona bitişik ərazilərin Ermənistanın təcavüzü nəticəsində işğal olunması, atəşkəs rejimi, 2016-cı ilin aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılması, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində gördüyü böyük işlər, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğal altında olan torpaqlarımızın azad olunmasında göstərdiyi müstəsna xidmətləri diqqət mərkəzində saxlanılmışdır.