Günlərin bir günündə el dağdan arana köçürdü. Bir keçi, bir dana, bir qoyunun bundan xəbəri yox idi. Özlərini xəlvət bir yerə verib otlayırdılar. Heyvanlar bir vaxt başlarını qaldırıb gördülər ki, lələ köçüb, yurdu qalıb; bir-birilərinin üzünə baxdılar. Dana ağlayıb dedi: -Keçi qardaş, qurd gəlib bizi yeyəcək. Tez bir çarə elə. Keçi dedi: - Gedək bir daxma tapıb girək içinə. Hər üçü buna razı oldu.
Dəvə niyə su içəndə ətrafa baxır
Bir vaxtlar bir dəvə yaşayırdı. Çox gözəl və əzəmətli buynuzları var idi. Tək buynuzlar deyil! Çox gözəl və qalın quyruğu da var idi. O zamanlar maralın buynuzu, atın isə quyruğu yox idi. Daha doğrusu maral keçəl idi, atın isə quyruğu çirkin və nazik bir ipə bənzəyirdi.
Azərbaycan deyəndə
Vətən mənim bu günüm, Sabahkı toy-düyünüm. Haqqım var ki, öyünüm Azərbaycan deyəndə. Ürəklərdə döyünüm, Azərbaycan deyəndə.
Susuzluq
Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə görünmürdü.