Sadiq dost

Görkəmli İngilis yazıçısı Oskar Uayld 1854-cü ildə anadan olmuşdur. Yaradıcılığa tələbəlik illərindən başlamışdır. O, bir çox nağılların müəllifidir. Onun yazdığı nağıllarla xalq nağılları arasında böyük fərq var. İlk növbədə o, uşaqların qarşısında ciddi problemlər qoymuşdur. Bunlar: xeyrlə şəri ayırmaq və olum ölüm. Onun nağılları iki hissədən ibarətdir: I hissəyə "Xoşbəxt şahzadə və diğər nağıllar", II hissəyə " Nar ev" , " Bülbül və qızılgül" daxildir. Onun bu nağıllarında dostluq və sədaqətdən danışır. Bu nağıllarda o. Ilk növbədə məhəbbətə, dostluğa, səadətə müraciət etmişdir." Bülbül və qızılgül" nağılında o, insanlarda olan yalançılığı, insani sevginin şana, şöhrətə, pula dəyişildiyini açıb göstərmək istəmişdir. Burada bülbül bir tələbənin sevgisi yolunda tökdüyü göz yaşlarına, ah-naləsinə dözməyib özünü qurban verir ki, tələbə al rəngli qızılgülü öz sevgilisinə apara bilsin. Lakin tələbə gələndə görür ki, artıq onun sevgilisi başqa bir varlı adama ərə gedib. Bu al rəngli, bülbülün canı bahasına əldə olunan qızılgülü o daş-qaşa satır. O, qızılğüldən daş-qaşı üstün tutur. Bunu görən tələbə məhəbbətin bir heç olduğunu görüb bundan sonra ağıl sahibi söz verir. O. Uayldın nağıllarını oxuduqca H.X. Andersenin "Donuzotaran" nağılı yada düşür. Burada şahzadə qız həqiqi əşyalara məhəl qoymayıb cansız oyuncaqlara üstünlük verir. O. Uayld öz nağıllarında zəmanə insanlarının meşşan həyat tərzini, daş-qaşa, şan-şöhrətə aludə olduğunu göstərməyə çalışmışdır. Digər "Ulduz oğlan" nağılında o, kimsəsiz uşaqlardan, insanın öz gözəlliyindən, özündən çox razı olmasından, hətta öz doğmalarının dilənçi vəziyyətində olduğu halda onları təhqir edib qovmaqla kifayətlənməyən oğlanı təsvir etmişdir. Ulduz oğlan hətta öz doğma anasının dalınca daş da atır. O.Uayldın nağıllarındakı bir çox cəhətlər haqqında danışmaq olar. Bu nağıllar kiçik uşaqlara və gənclərə həsr olunmuşdur. O.Uayld 1900-cü ildə vəfat etmişdir.

Xoşbəxt şahzadə

Zərif nəfəs

İvan Bunin Mərkəzi Rusiyada, Voronej yaxınlığında 1870-ci ildə doğulmuşdu. Atası kökləri XIV əsr Litva cəngavərlərinə gedib çıxan qədim zadəgan nəslindən idi. Lakin təhkimçilik hüququnun ləğvindən sonra təsərrüfatlarını yarıtmaz şəkildə idarə etdiklərindən Buninlər demək olar ki, tam müflis vəziyyətə düşmüşdülər.[2] Gələcək yazıçı ilk təhsilini evdə almış, 11 yaşında isə Yeletsk gimnaziyasında oxumağa başlamışdı. Ailənin maddi vəziyyəti ağırlaşdığından gimnaziyanı yarımçıq buraxmağa məcbur olmuşdu. Sonrakı təhsil həyatında qardaşı Yuli mühüm rol oynamışdı. Ruhən aristokrat olan İvanla Yuli Bunin fərqli adamlar idi. Yuli dərin ağlı ilə yanaşı həm də siyasi baxışlarının radikallığı ilə seçilirdi. Kiçik qardaşının ədəbi istedadını üzə çıxaran, onu rus klassikası ilə yaxından tanış edən və bədii yaradıcılığa ruhlandıran da Yuli olmuşdu. Bu arada ailənin maddi vəziyyəti daha da çətinləşdiyindən İvan Bunin 1889-cu ildə yerli "Orlovski vestnik" qəzetində korrektor kimi işə düzəlmişdi. İki ildən sonra "qalın" jurnallardan birinin kitabxanası seriyasından onun ilk şeirlər kitabı işıq üzü görmüşdü. Əsasən klassik üsluba yaxınlığı ilə seçilən bu şeirlərdə təbiət mənzərələrinin təsviri başlıca yer tuturdu. 90-cı illərdə Bunin nəsr sahəsində də qələmini sınamışdı. Yaradıcılığına böyük məhəbbətlə yanaşdığı Çexovla məktublaşması da bu dövrə təsadüf etmişdi. İlk görüşləri isə 1895-ci ildə olmuşdu. Sənətə fərqli münasibətlərinə və bədii üslublarının müxtəlifliyinə baxmayaraq, rus ədəbiyyatının bu iki tanınmış siması yaxın və səmimi dostluq münasibətləri qura bilmişdilər. Ədəbi fəaliyyətinin ilk mərhələsində orijinal fəlsəfi baxışları və fərqli yaşayış tərzi ilə Buninə ciddi təsir göstərən rus sənətkarlarından biri də Lev Tolstoy olmuşdu. Şəxsi tanışlıq və ünsiyyətdən sonra isə ilkin təəssürat pozulmuşdu. Lakin bu, Buninə Lev Tolstoyu hər zaman rus ədəbiyyatının böyük simalarından biri saymağa və onun realizmindən heyranlıqla danışmağa mane olmamışdı.

Avqust

Alman yazıçısı, şair və publisist Hеrman Hеssе Vürtеmburqda, missionеr ailəsində doğulmuşdu. Validеynləri uzun müddət Hindistanda хristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hеrmanın da ailə ənənəsini davam еtdirərək missionеr olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıхmasa da, təhsil aldığı Latın məktəbində və protеstant sеminariyasında məhz validеynlərinin istəyini yеrinə yеtirmək baхımından hеç bir parlaq nəticə göstərməmişdi. Sеminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə sеçilən bu təhsil ocağından yеrli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap еdən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müхtəlif pеşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingеn univеrsitеtində kitab satışı ilə məşğul olmağa başlamışdı. Kitablarla gündəlik təmas və daimi mütaliə onun yaradıcılığa həvəslənməsinə təkan vеrmişdi. 1899-cu ildə "Kiçik dərnək" adlanan ədəbi cəmiyyətə üzv qəbul еdilmiş, еyni zamanda poеziya, nəsr və mənsur şеirlərdən ibarət iki kitabının çapına nail olmuşdu. "Hеrman Lauşеrin ölümündən sonrakı əsərləri və şеirləri" romanı 1901-ci ildə çap еdilsə də yazıçı həqiqi ədəbi nailiyyəti üç il sonra, "Pеtеr Kamеnsind" adlı ikinci romanı ilə qazanmışdı. Bu avtobioqrafik əsərdə Hеrman Hеssе sonralar yaradıcılığında dəfələrlə toхunulan mövzuya – şəхsiyyətin təkmilləşməsi və bütünləşməsi məsələsinə ilk dəfə müraciət еtmişdi. Müəyyən qədər tanındıqdan sonra kəndə köçmüş, əsərlərinin nəşrindən gələn gəlir hеsabına yaşamışdı. "Təkərlər altında" (1906) povеstində Hеssе sеminariya illərinin təcrübəsi əsasında burjua cəmiyyətində yaradıcı şəхsiyyətin üzləşdiyi problеmləri araşdırmağa çalışmışdı. Birinci Dünya müharibəsinə qədər müəllif çoхlu hеkayə və еssеlər, habеlə "Gеrtruda" (1910) və "Roshaldе" (1914) romanlarını çap еtdirmişdi. 1911-ci ildə Hindistana səyahəti "Hindistandan" (1913) kitabını mеydana çıхarmışdı. Ernst Würtenberger(1868–1934)tərəfindən 1905-ci ildə çəkilmiş portret Uzun müddət ailəsi ilə birlikdə İsvеçrədə yaşayan yazıçı 1923-cü ildə ölkənin vətəndaşlığını qəbul еtmişdi. Almaniyada baş qaldıran millətçilik əlеyhinə kəskin çıхışları onun tariхi vətənindəki populyarlığına ciddi zərbə vurmuşdu. Lakin bu, Birinci Dünya müharibəsi illərində Hеssеni alman hərbi əsirlərinə mümkün olan bütün vasitələrlə yardım göstərməkdən çəkindirməmişdi. Onun fikrincə, savaş Avropa sivilizasiyasının və dəyərlərinin uğradığı böhranın nəticə idi.

Həsirçi qadın

5 avqust 1850-ci ildə Qustav de Mopassanın ailəsində dünyaya gəlmişdir. Uşaq vaxtında ata-anası ayrılmışdır və iki qardaş - Gi və Hreve anasının himayəsində yaşamışdır. Klassik ədəbiyyatla maraqlanan anası Mopassanın həyatında mühüm rol oynamışdır. Hətta onun ədəbiyyata gəlişi "Gonbul" əsəri ilə olub.On üç yaşında olan Gi seminariyada təhsil almağa başlamışdır. Təhsil aldığı zaman böyük yazıçı Qüstav Floberlə tanış olmuşdur. 1870-ci ildə kollecdən məzun olmuş və orduya qoşulmuşdur. Qustav Flober onu himayə etmiş və burada Mopassan Emil Zolya və İvan Turgenyevlə tanış olmuşdur.