Dərsə gedən bir uşaq Çıxdı buz üstə qoçaq; Sürüşdü birdən-birə, Düşdü üz üstə yerə.
Üç buludun nağılı
Bir gün üç bulud mavi səmada seyrə çıxmışdı. Onlar bütün dünyanı gəzib dolandılar, hər şeyi, hər yeri gördülər. Sonra darıxmağa başladılar. Fikirləşdilər ki, nə işlə məşğul olsunlar. Nəhayət, mərc gəldilər: görək onların hansı biri insanların tərifini qazanacaq.
Bağban Rövşən
Zəng çalınıb fasilə olan kimi uşaqlar məktəbin həyətinə tökülüşdülər. Artıq özünü hiss etdirən cənub günəşinin yandırıcı şüaları yalnız günün ikinci yarısında bura düşürdü. Odur ki uşaqlar fasilələri də siniflərdə və ya uzunsov dar dəhlizdə keçirirdilər.
Eynək taxan günəş
Babası Muradı evlərinin yaxınlığındakı “Xan bağı”na apardı. Günəşin şüaları ağacların yaşıl yarpaqları arasından süzülür, onların gözlərini qamaşdırırdı. Murad gün eynəyini taxıb yoluna davam elədi.
Şokolad ev
Biri vardı, biri yoxdu, Əziz və Nərgiz adında qardaş-bacı vardı. Goilərin birində onlar meşəyə moruq yığmağa getdilər. Ha axtardılar, moruq taia bilmədilər. Bu azmış kimi geri qayıdanda gəldikləri yolu da itirdilər. Yolu axtara-axtara gedirdilər ki, qabaqlarına bir ev çıxdı.