Evə ayı gəlib

Rəşadla Lalənin yay günləri çox maraqlı keçirdi. Onlar həm iş görür, həm də hər gün özlərinə maraqlı bir əyləncə tapırdılar. Quşlar üçün yuva düzəldir, evlərinin yaxınlığında yerləşən balaca göldən balıq tutur, meşəyə gəzməyə gedir, vaxtlarını maraqlı keçirirdilər. Bir gün onların qonşuluğuna şəhərdən balaca, toppuş, həm də dilli-dilavər bir qız gəldi.

Pələngin dərisi niyə zolaqlıdır?

Heyvanlar əvvəllər indiki kimi olmayıblar. Qədimlərdə qarğa günlü havada səma boyu süzən buludlar kimi ağappaq idi. Pələngin dərisində isə bir dənə də olsun zolaq yox idi. Pələng qızılı dərisi ilə çox fəxr edirdi, çünki qızılı rəng onun birbaşa şah nəslindən olduğunu göstərirdi. Təkcə insanın müdrikliyi haqqındakı söz-söhbət pələngin qanını qaraldırdı.

Xan çinarın yarpağı

Xan çinarın başı göyün bir qatındadır, kökləri ana torpağın qoynunda. Gün doğanda ilk işıltıları alnından öpər xan çinarın. Al şəfəqdə işım-işım işıldar xan çinarın yarpaqları. Quşlar yuva qurar, bala böyüdər xan çinarın qucağında.

İki ana

Gülyaz Küdrünün göy düzündən göy yığırdı. Azacıq aralı buludun yaşıllıqlara saldığı kölgə altında qoyduğu südəmər körpəsi yatırdı.

Danışan ağac

Günlərin bir günü bir yolçu dincəlmək üçün böyük bir ağacın yanına yaxınlaşdı. O, ağacın kölgəsi altında uzandı və qısa zamanda dərin yuxuya getdi. Bir müddət sonra yolçu oyanıb yoluna davam etmək istədikdə pul kisəsinin yoxa çıxdığını gördü. Bu ağacın yaxınlığında isə bir kənd var idi. Nə edəcəyini bilməyən yolçu özünü yerə vura-vura ah-vah eləməyə, bərkdən qışqırmağa başladı. Onun səsini eşidən kənd camaatı toplaşdı və: