Sevin Azərbaycanı

Azərbaycanı sevin, sevin Azərbaycanı, Bu gün odlu sevgiyə onun ehtiyacı var… Sevin odum, ocağım, evim Azərbaycanı, İndiki dərdlərinə eşqimiz əlac olar…

Nərminin gəzintisi

İyun ayı idi. Nərmin evdə çox darıxırdı. Məktəbdə dərslər də qurtarmışdı. Nərmin tez-tez Süsən nənəsinə sual verirdi: - Ay nənə, elə hey deyirsən, bizi Tofiq baba bağa gəzməyə aparacaq, amma aparıb çıxarmır.

Kiş haqqında hekayət

Bir zamanlar Buzlu okeanın sahilində Kiş adlı bir ovçu yaşayırdı. O, qəbilə başçısı idi, uzun illər firavan yaşamışdı, öləndən sonra da adı öz xalqı tərəfindən ehtiramla çəkilirdi. Kiş çox-çox əvvəllər ömür sürdüyündən onun adı yalnız qocaların yadında qalmışdı.

Murad

Tiflis şəhərinin yaxınlığında Kolbasan adlı bir kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki, bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.

Gürzə

Borya nənəsi ilə görüşüb vaqona girdi. Bir əlində iri zənbil, o biri əlində içində göy rəngli şüşə banka olan parça çanta tutmuşdu. Vaqon dolu idi. Kupelərdən birində pəncərənin yanında oturmuş panamalı bir qoca Boryaya öz yanında yer verdi. Borya təşəkkür etdi, zənbilini və çantasını skamyanın altına qoyub əyləşdi.