Ağacın budağında bir quş yuvası var idi. Bu quş dünyaya göz açdığı gündən onun dodağından nəğmə əskik olmamışdı. Cəh-cəhi şirin melodiya kimi hər tərəfə axıb gedirdi:
Çəyirdək
Ana aldığı gavalıları nahardan sonra uşaqlara paylamaq istəyirdi. Gavalılar boşqabda idi. Vanya ömründə gavalı yemədiyi üçün onları maraqla iyləyirdi.
Tort
Günlərin bir günü Yer üzünü gəzməyə gəlmiş xeyirxah sehrbaz şəhərlərin birində olarkən bu şəhərin əhalisini sevindirməyi qərara aldı. Əhvalat belə oldu: Səhər tezdən yuxudan oyanan şəhər əhli çaşıb qaldı. Mərkəzi meydanın tən ortasında nəhəng bir tort qoyulmuşdu. Tort çox yekə, hündür və gözəl idi. Dərhal bütün şəhər əhalisi bura toplaşdı.
Bir damla su
Bapbalaca damla buludların arasından yerə boylandı: - Ay aman, bu nə gözəllikdir?! - Bu gözəlliyi də sənin kimi damlalar yaradıblar! - Bulud gülümsündü. - Siz olmasaydınız, hər yan qupquru quruyar, Yer üzündə bir canlı belə qalmazdı. - Bəs okeanlar, dənizlər, çaylar, göllər? - Onlar da damlalardan ibarətdir, balaca! Bəs eşitməmisən ki, deyirlər «Dama-dama göl olar»?