Bazar günü, gözəl bir yaz səhəri idi. Gənc tacir Georq Bendeman çay kənarındakı yastı damlı balaca evin alt qatında, öz kabinetində oturmuşdu; bir-birindən yalnız rəngi və hündürlüyü ilə seçilən belə evlər sahil boyunca sıralanıb gedirdi. O, xaricdə yaşayan dostuna təzəcə yazıb tamamladığı məktubu tələsmədən zərfə qoydu, sonra masaya dirsəklənib pəncərədən çaya, çay üzərindəki körpüyə və qarşı sahildə yaşıllaşmağa başlayan yastı təpələrə göz gəzdirdi.
Amurun oxları
Biri var idi, biri yox idi. Simlada kasıb, lakin namuslu yerli hakimin gözəl bir qızı var idi. Qız ləyaqətli, mehriban idi, ancaq öz qüdrətini başa düşmür və ondan istifadə edə bilmirdi. Anası, bütün yaxşı analar kimi qızının gələcək taleyi üçün narahat idi. Simlada subay və komissar vəzifəsində işləyən bir adam yaşayırdı. O, bəylik kürsüsünə ən yağlı tikə idi, lakin yaraşıqsız və hətta kifir idi. Bu Asiyada tapıla bilən ən çirkin adam idi. Adı Saqqot idi, Barr-Saqqot, ya da bütöv desək, Entoni Barr-Saqqot. Xidməti münasibətdə Hindistanın ən yaxşı hökumət məmurlarından biri idi. İnsani münasibətdə isə tez-tez aşiq olan qorilla. İltifatlı diqqətini xanım Beytona tuşlayanda, əminəm, o, sevincdən göz yaşı axıtmışdı ki, Tale onu bu qoca yaşında bəxtəvər etdi.
Bir karyeranın tarixçəsi
Andre Morua, Elbefdə dünyaya gəlibdir və Ruanın Pierr Kornell Lisesində təhsil almışdı ki hər ikisi də Normandiyada yerləşir. Morua Ernest Herzoq, bir yəhudi tekstil istehsalçısı və Alis (Levi-Rüeff) Herzoqun oğlu idi. Andre Morua bir çox psixoloji romanların və bioqrafik hekayələrin müəllifi olmuşdur. İkinci Dünya müharibəsi zamanı Morua fransız ordusunda kapitan kimi xidmət etmişdir. Daha sonra ABŞ köçüb gedir və Kanzas Universitetinde müəllim kimi işləyir. Bu dövrdə O bioqrafik əsərlərini yazır: Frederik Şopen (1942), general Duayt Eyzenhauer (1945), Bencamin Franklin (1945) və Vaşinqton (1946). 1943-cü ildə Morua Şimali Afrikaya köçür, 1946-cı ildə isə Fransaya qayıdır. İncə zövqə, dərin psixologizmə və sözün həqiqi mənasında klassik dünyagörüşünə malik andre Morua dünya ədəbiyyatında, əsasən , avtobioqrafik roman janrının ustadı kimi tanınır.Meri Şelli, Corc Bayron , Onore de Balzak, Viktor Hüqo, Aleksandr Düma , Jorj Sand, İvan Turgenyev və Çexov haqqında yazdığı kitablar Moruanın adını bu janrda yazılmış ən yaxşı əsərlər müəllifi kimi əbədiləşdirib.
Blanşar küçəsində sirli qətl
Taxta qıçından canlı şam ağacıtək sarımtıl və bulanıq qatran süzülən Joaken Bonom içəri keçib, arxasınca qapını çəkdi. – Bir şey tapdın? – Yox. Şüşə gözündən həmişəki kimi sarımtıl və bulanıq maye süzülən arvadı Mençu Agirresabala əməlli-başlı hirsləndi. Arvadın gözünü doğmaca qardaşı Fermin hələ Bordoda ispan pandemiyası günlərində vurub çıxarmışdı. Qış mövsümləri Tuluzanı büsbütün qaramat basır. Hava tez qaraldığından qaz fənərləri elə axşamdanca yandırılır; uzaqlardan adamın qulağına atılmış uşaqların zığıltısını andıran şarmanka səsləri gəlir; kafelərin pəncərəsinə qırçınlı pərdələr çəkilir; fədakar qadınlarsa artıq heç nəyə yaramayan köhnə-kürüş məişət əşyalarını toplamaqçün dəridən-qabıqdan çıxırlar. Bir daha xatırladaq ki, Tuluza çox kədərli, çox cansıxıcı yerdi; belə yerlərdə isə, aydın məsələdir ki, adamın fikri də dağınıq olur – bir də gördün basıb əzdilər.
Heç vaxt unutmayacağımız yay
Əsgər şəhadət barmağını irəli uzadıb soruşdu: – Bu, senin uşak? – Hə, - kəndli cavab verdi. – Bu da arvat? – Hə. – Men uşakları çok sevar... …Yay fəsli idi. Günəş zəmilərdə taxılı, meşələrdə küknar ağaclarını yandırıb-yaxır, Pistoyi dağlarının yamaclarına sığınmış kəndli daxmalarının çızdağını çıxardırdı… – Evda menim çoklu uşak var, – əsgər sözünə davam elədi. O, əlindəki sumbata kağızıyla öz yük avtomobilinin qara kamerini sürtüb təmizləyir, heç yana tələsənə oxşamırdı. Alnı büsbütün tər içində idi; qırx dördün yayı heç dözüləsi deyildi.