Lobya falı

Olqa Navoya Tokarçuk 29.01.1962-ci ildə doğulan məşhur polyak nasiri, şairi, dramaturqu və esseçisidir. 2018-ci ildə nüfuzlu Buker və ədəbiyyat üzrə Nobel mükafatlarına layiq görülüb. Nənələrindən biri ukraynalı olan O.Tokarçuk Sulexuv şəhərində doğulub, Varşava Universitetindən psixoloq diplomu alandan sonra Valjbixdə bir müddət psixoterapevt kimi işləyib. Hazırda Vrotslav şəhərində yaşayır. Şeirlər kitabıyla ədəbiyyata gələn Olqa 1993-cü ildə “Kitab adamlarının yolu” adlı ilk romanını çap etdirib. 2008-ci ildə işıq üzü görən “Ora-bura qaçanlar” romanı ədəbi mühitdə böyük əks-səda doğurub və əsər Polşanın nüfuzlu ədəbi mükafatı “Nike”yə layiq görülüb. 10 illik aradan sonra həmin əsər ona Polşa yazarları arasında ilk dəfə Buker ödülünü də qazandırıb. 2013-cü ildə Tokarçuk “Vilenitsa” ədəbi ödülünü alıb. Ötən il isə “Ölülərin sümükləri üstdən keç kotanınla” romanı ilə onun adı Bukerin növbəti qısa siyahısına düşüb. Əsərləri dünyanın bir çox dillərinə çevrilən yazar Nobel alan sayca beşinci polyak yazar kimi adını artıq tarixin səhifələrinə yazıb.

Dostlar Doktor Aybolitə kömək etdilər

Varvara doğru deyirdi. Doktor çörәksiz qalmışdı. Üç gün idi ki, o ac idi. Onun pulu yox idi. Onun evindә yaşayan һeyvanlar onun yemәyә һeç bir şeyi olmadığını görüb ona kömәk etdilәr. Bayquş Savva ilә donuz Xor-Xor һәyәtdә bostan düzәltdilәr. Donuz burnu ilә lәk qazıdı, Bumba isә kartof әkdi. İnәk һәr gün sәһәr vә axşam doktora süd verirdi.

Başqasının arvadı

Abelardo Kastilyo XX əsr Argentina ədəbiyyatının əsas nümayəndələrindən biri hesab olunur. O, bir çox dillərə tərcümə olunmuş çoxsaylı romanların, hekayələrin və esselərin müəllifidir. Həmçinin “ El Escarabajo de Oro” və “El Ornitorrinco” ədəbi jurnalların ərsəyə gəlməsində yaxından iştirak edib. Abelardo Kastilyo fəaliyyəti ərzində bir sıra milli və beynəlxalq mükafatlara layiq görülüb. Bunların arasında UNESCO-nun “Beynəlxalq Müasir Yazıçılar Mükafatı”, “Konex” mükafatı, “Milli Ədəbiyyat Mükafatı” var.

Aybolit və Timsah

Doktorun yaşadığı şәһәrdә bir sirk var idi, һәmin sirkdә böyük bir Timsaһ saxlanılırdı. Onu tamaşaçılara pul ilә göstәrirdilәr. Timsaһın dişlәri ağrıdığı üçün doktor Aybolitin yanına müalicәyә gәlmişdi. Doktor ona qәribә dәrmandan verәn kimi Timsaһın dişlәrinin ağrısı kәsildi. —Bura әcәb yaxşıdır!—deyә Timsaһ dillәndi vә әtrafa baxaraq dodaqlarını yaladı.—Nә çox dovşanlarınız, quşlarınız, siçanlarınız var! Hamısı da kök vә lәzzәtlidir! İcazә verin, һәmişәlik sizdә qalım. Sirk saһibinin yanına qayıtmaq istәmirәm. O mәni pis yedirir, döyür, incidir.

Kopenhagen pişikləri

Heyif ki, sənə Kopenhagen pişiyi göndərə bilmirəm. Çünki Kopenhagendə pişik yoxdur. Orda çoxlu-çoxlu balıq və velosiped var, amma pişik yoxdur. Burda heç polis də yoxdur. Bütün polislər gününü evdə, çarpayıda keçirdir. Onlar səhərdən axşama qədər böyük Danimarka siqarları çəkib ayran içirlər. Qırmızı geyimli çoxlu-çoxlu oğlanlar bütün günü velosipedlə teleqram, məktub və açıqca daşıyır. Bunlar yolu keçmək istəyən qarıların və çoxlu şirniyyat üçün evə yazan uşaqların, bir də Ay haqqında nəsə öyrənmək istəyən qızların polislərə yazdığı məktublardır.