Gilənar çiçəkləri və fleyta

“Hər il gilənar ağacı çiçəklərini töküb yarpaqlayanda bu hadisəni xatırlayıram...” – deyə qoca qarı söhbətə başlayır: - Otuz beş il əvvəl, atam hələ sağ idi. Atam, mən və kiçik bacım birlikdə yaşayırdıq. Anam yeddi il qabaq, on üç yaşım yenicə tamam olanda ölmüşdü. Mənim on səkkiz, bacımın on altı yaşı olanda atamı dənizin sahilindəki Sirosita şəhər məktəbinə direktor təyin elədilər, ailəmiz ora köçdü. Münasib bir ev tapa bilmədik və məbədin arxasında, dağın ətəyində qərar tutmuş tənha binada iki otaq kirayələdik. Orada altı il yaşadıq, sonra atamı Masueyə təyin elədilər. Masuedə iyirmi beş yaşımın tamamında ailə qurdum. O zamanlar üçün bu, gecikmiş nikah sayılırdı. Mən gənc yaşımda anasız qalmışdım. Özünü bütünlüklə işinə həsr eləmiş atam məişət məsələlərindən uzaq idi və mən olmasaydım, bəlkə də ailəmiz dağılardı. Bunu çox yaxşı başa düşdüyümdən, bütün evlilik təkliflərinə rədd cavabı verirdim. Heç olmasa, bacım sağlam olsaydı... Amma, təəssüf ki, mənə qəti bənzəməyən bu gözəl, ağıllı, uzun saçları olan qız həmişə xəstə olurdu. Sirositaya köçəndən iki il sonra o öldü. Onda mənim iyirmi, onun on səkkiz yaşı vardı. Mən elə həmin dövrdən danışmaq istəyirəm.

Yolları haçalanan bağça

Xorxe Françisco İsidor Luis Borxes Akevedo 24 avqust 1899-cu ildə Buanes Ayresdə doğulmuşdur. Sehirli gerçəklik (Magic realism) axımının öncüllərindəndir və sürrealist yazıları ilə məşhurdur. Ən məşhur əsərləri Ficciones (1944) və Alef (1949) yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında mövzuların yer aldığı qısa hekayələrdən ibarətdir. Onun işləri 19-cu əsrin realist/naturalist ənənələrinə qarşı çıxan elmi-kütləvi və sehirli reallıq kimi axımlara öz töhfəsini vermişdir. Alimlər düşünürlər ki Borxesin korluğu ona yenilikçi ədəbi simvolları təsəvvürlləri vasitəsilə yaratmağa kömək etmişdi. 1914-cü ildə onun ailəsi Borxesin orta məktəbə getdiyi və Cenevrə Kollecindən bakalavr dərəcəsi aldığı İsveçrəyə köçür. Ailə İspaniyada qalmaq daxil olmaqla Avropanı gəzir. 1921-ci ildə Argentinaya qayıtdıqdan sonra Borxes şeir və esselərini sürrealist ədəbiyyat jurnallarında çap etdirməyə başlayır.

Vaqon

1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə "Rasyamon darvazası" və "Burun" hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə "Magiya möcüzələri", "Bisey necə inanırdı", "Bir qisasın tarixçəsi", "Susanoo-no-mikoto, "Susanoo-no-mikoto ahıl çağlarında", "Tanrı Aqni", "Qəribə hekayət", "Xanım Rokunomiya", 1924-1927-ci illərdə "Sanemonun cinayəti", "Məktub parçası", "Momotaro", "At ayaqları", "Ölümdən sonra", "Karmen", "Suadamları ölkəsində", "Tanekonun kədəri", "Yuxu" və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı "İlğım" və "Dişli çarxlar" hekayələrində və "Səfehin həyatı" povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.

Nyurka

Zuy əminin Nyurkası altı yaşında idi. O, uzun müddət altı yaşında qaldı. Bütün il boyu. Düz avqust ayında Nyurkanın yeddi yaşı oldu. Nyurkanın doğum gününə Zuy əmi kalitkalar bişirmişdi-bu, arpa sıyığıyla olan çörəklərdir-qonaqlar da çağırmışdı. Məni də, həmçinin. Mən qonaq getməyə hazırlaşırdım və Nyurkaya nə hədiyyə edəcəyimi fikirləşib tapa bilmirdim. İki kiloqram noğul al, - Panteleyevna deyir,-balınc noğulu.

Taleyin ironiyası

Rus əsilli Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda aristokrat ailəsində anadan olub. Vladimir kiçik yaşlarından ingilis və fransız dillərini öyrənmişdi. Atası inqilabdan sonra həbs edilir və onlar ailəvi olaraq Almaniyaya köçürlər. Nabokov İngiltərənin Kembric kollecində təhsilini davam etdirir. Atasının ölümündən sonra Almaniyaya qayıdır və on beş il ərzində burada tərcüməçilik və pedaqoji fəaliyyətlə məşğul olur. Ədəbiyyat aləmində Henrix Heynenin əsərlərini mükəmməl surətdə ingilis dilinə çevirməklə şöhrət qazanıb.