Xuan Karlos Onetti 1 iyul 1909-cu ildə Montevideoda anadan olub, valideynləri Honoria Borges və Carlos Onetti idi. Üç uşağın ikincisi, özündən kiçik bir qız olan Raquel və böyük qardaşı Raul idi. Onetti soyadı əvvəllər "O'Nety" idi, Şotlandiya və ya İrlandiyadan gəldiyinə inanılır. Nə oldu ki, yazıçının ulu babasının atası, Gibraltar adında bir İngilis xaricində anadan olan bir adam, yazısını dəyişdirərək soyadın Latınlaşdırılması qərarı verdi.
Yuxu
Bu boyda tozlu-torpaqlı həyətdə cəmi bircə palma ağacı var- elə bil qəbiristanlıqdı. Həyətdən keçəndə həmişə qəbiristanlığı xatırlayır. Bu səhər onu torpağı su şırnağı ilə sulayan ev sahibi saxladı. - Cənab! Lənət şeytana! Bu cür sima ilə üz-üzə gəlmək - özü də səhərin bu çağında - mütləq xoşagəlməz nədənsə xəbər verir. Bəlkə də o xeyirxah insandı... Hərdən həvəssiz də olsa gülümsəyir... Hər nə qədər bu gülümsəmə ağac qabığındakı çatları xatırlatsa belə...
Öküz
Çinli yazıçı Guan Moye Mo Yan təxəllüsü ilə tanınır. Təxəllüsün mənası çin dilindən “Danışma” deməkdir. Yazıçı karyerasına Çinin islahatlar dövründə Çin dilində nəşr etdirdiyi onlarla qısa hekayə və romanlar yazmaqla başlayıb. Mo Yanın əsərləri “qara yumor”dan ibarət tarixi epik romanlardır. Mo Yan 2012-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.
Ailəvi şam yeməyi
Kazuo İşiquro — yapon əsilli Britaniya nasiri, kinodramaturqu və roman yazıçısıdır. Yazıçı 2017-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Divar
Fransız filosofu, yazıçı, dramaturq, esseist, pedaqoq, ateistik ekzistensializmin nümayəndəsi Jan-Pol Şarl Emar Sartr 1905-ci ilin 21 iyununda Parisdə anadan olub. İlk təhsilini La-Roşeli liseyində alıb, Parisdə fəlsəfə üzrə dissertasiya müdafiə etmək üçün ali məktəb bitirib, Fransanın müxtəlif liseylərində və Berlində fəlsəfə dərsi deyib. Hələ tələbə vaxtı Simona de Bovuar ilə tanış olub və bu tanışlaq onun həyat yolunu müyyən etməkdə böyük rol oynayıb. Fransa müstəmləkəsində olan Əlcəzairin azadlığı və müstəqilliyi yolunda mübarizəyə qalxıb, xalqların azadlığını dəstəkləyib. Bu fəaliyyətinə görə millətçilər onun Parisdəki evini iki dəfə partlatmağa cəhd ediblər, mllətçi-yaraqlılar onun da çalışdığı "Yeni zaman" dərgisinin redaksiyasını beş dəfə ələ keçiriblər.