Pişik və şeytan

Coys 1936-cı ilin 10 avqustunda nəvəsi Stivenə göndərdiyi məktubda, onun üçün balaca nağıl yazmışdı. Bu məktub əvvəlcə Coysun məktubları kitabında çap olunub, 1964-cü ildən isə şəkilli nağıl kitabçası kimi çap olunmağa başlayıb. Həmin nağılı təqdim edirik.

Nevroz

- Bağışlayın, professor, üçüncü mərtəbədə yaşayan diş həkimi gəlib sizinlə danışmaq istəyir. - Bazar günü də qoymazlar istirahətimizi edək, - deyə Lavaren narazılıqla donquldandı. - Yaxşı, qoy gəlsin. Moqrel uzun-uzadı üzrxahlıq etdi və professora bildirdi ki, onu bura dartıb gətirən çox qeyri-adi, həm də dəhşətli bir əhvalatdır. Moqrel qoltuğunun altında “Bibliya” tutmuşdu. Onun sol göz qapağı fasiləsiz olaraq dartınırdı.

Donetrinin təhlükəli qızları

Alfred Cozef Hiçkok məşhur İngilis-Amerika kino rejissoru və prodüseri, dəhşət filmlərinin ustası. Oskar mükafatı (1940-cı ildə, "Rebekka" filminə görə), Qızıl Qlobus və başqa mükafatları qazanıb. Britaniya İmperiyası Ordeninə layiq görülüb. Alfred Cozef Hiçkok həm də bir çox hekayələrin müəllifidir.

Ehsan kababı

Bir vaxtlar eyni sinifdə oxuyan Şamil, Vasif və mən otuz ildən sonra feysbukda tapışıb, təzədən dostlaşıb arada çayxanalarda, pitsa və pitixanalarda oturub saatlarla söhbət edirdik. Aşağı-yuxarı hər üçümüz qırx beş yaşımıza qədər eyni şeylərdən keçmişdik, - əsgərlik, ali təhsil, iş, evlənmək, bu gün-sabah məktəbi bitirəcək oğul-qızlarımız.

Varlı və yoxsul

Çox-çox qədimlərdə, hələ Allah yer üzündə gəzib-dolaşdığı zamanlarda elə oldu ki, günlərin birində, axşamüstü, qaş qaralanda Allah yoruldu, gecələməyə də yer tapmadı. Yol üstündə üzbəüz iki ev gördü; biri böyük, qəşəngdi, о biri də kiçik, yöndəmsiz. Böyük ev varlının, kiçik ev də yoxsulun idi. Allah fikirləşdi ki, varlınım evində yataram, ona əziyyətim dəyməz.