Tütək səsi - I HİSSƏ

Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir.

Gənc səyyahlar

Jül Vernin həd­siz maraqla oxunan kitab­la­rın­dan biri də “Gənc səyyahlar” romanıdır. Londondakı Antil məktəbinin müsabiqədə yüksək yerləri tutan 9 tələbəsi mükafat olaraq Qərbi Hindistandakı müxtəlif adalara gəmi ilə səyahət imkanı qazanır. Onlar müəllimlərindən birinin – Horatsi Pattersonun müşayiəti ilə yola düşürlər. Lakin elə ilk gün­lərdən maraqlı hadisələr başlayır, gənc səyyahlar isə onları qar­şıda daha təhlükəli, həyəcanlı macəraların gözlədiyindən xə­bər­sizdirlər.

İki baxış

Bir kişi və bir qadın illər əvvəl bir-birini sevmiş, lakin müxtəlif səbəblərdən ayrılmışdılar. Zaman keçdikdən sonra onlar təsadüfən küçədə qarşılaşırlar. Hər ikisi artıq başqa bir həyat yaşayır — kişi evlidir, qadın da öz ailəsi ilədir. Onların baxışları bir anlıq toqquşur — bu “iki baxış” onların keçmişdə yaşadıqları hissləri, xatirələri və həyata keçməyən arzuları canlandırır. Onlar bir söz demədən yollarına davam edirlər. Lakin həmin anın sükutu və baxışın dərinliyi hekayənin əsas məğzidir — keçmiş sevginin unudulmadığını, lakin geri dönməyin mümkünsüzlüyünü göstərir.

Firuzə

Cəfər Cabbarlının “Firuzə” hekayəsi qadın azadlığına, Azərbaycan qadınının cəmiyyətdəki mövqeyinə, azad söz haqqına, təhsil almaq hüququna toxunub, dəstəkləmə mövqeyi tutmaq cəhətindən müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Onun “Firuzə” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir.

Bəyaz gecələr

Romanın baş qəhrəmanı – kimsəsiz və utancaq bir xəyalpərəstdir. Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona vurulur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona özünün keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən danışır. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur. Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir! Dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biri hesab edilən Fyodor Mixayloviç Dostoyevski (1821-1881) rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Tənqidçi Belinski deyirdi ki, o qeyri-adi və bənzəri olmayan bir istedaddır. F.M.Dostoyevskinin yaradıcılığı dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinədir. Onun ‘Bəyaz gecələr’ əsəri 1848-ci ildə çap olunub. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A.N.PIeşeyevə həsr edib.