Azərbaycan

Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı…

Qarabağa dönüş

Yaramızdan axan qan qan deyil, qorxumuzdur, Ağrılarla qovulan ətalət yuxumuzdur. Dünən ağladığıma bu gün qəlbən gülürəm, Ölüydüm yaşadıqca, dirilməyə ölürəm. Nə bu ölüm yenidir, nə yarımcan dirilik, Üzdə bütöv olsam da ürəyim çilik-çilik. Yad əllər parçaladı, bölündükcə bölündük, Küləklərdə sovrulduq, ələklərdə ələndik.

Skellinq

İngilis yazıçısı Devid Almond yeniyetmələr haqqında bir-birindən maraqlı əsərlərin müəllifidir. Hazırda uşaqlığının keçdiyi qəsəbənin yaxınlığında ailəsi ilə birgə yaşayan Almond dünya uşaq ədəbiyyatının ən nüfuzlu mükafatına – “Andersen” mükafatına layiq görülüb. “Dünya sehrli bir yerdir”, “Alovlar arasında”, “Aya dırmaşan uşaq” kimi əsərlərin müəllifi olan yazıçıya ən böyük şöhrəti isə indi əlinizdə tutduğunuz bu kitab – “Skelliq” romanı gətirib. 1998-ci ildə işıq üzü görən əsər indiyədək bir çox dillərə tərcümə olunub, müəllifinə isə bir çox mükafatlar qazandırıb. Qeyri-adi süjet xəttinə və qəhrəmanlarına görə maraqla oxunan roman artıq dünya uşaq ədəbiyyatının incilərindən sayılır. “Skelliq”in motivləri əsasında bədii film çəkilib, həmçinin tamaşa və opera hazırlanıb.

Kəndə səfər

Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı. Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tərtəmizdi. Üst örtüyü dörd dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar ki, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi. Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü. Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü. Kətil olmadığından o, arabanın oortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü.