Zaxarias Topelius 1818-ci il yanvarın 14-də həkim ailəsində anadan olub. Uşaqlıq dövründən başlayaraq onun bədii bacarıqları özünü göstərməyə başladı: zəngin təsəvvürü, müşahidələri, sirli və mistik hadisələrə maraq gənc şairdə cəmlənmişdir.Topeliusun ədəbi yaradıcılığı çox müxtəlifdir. Şeirlərində və əsərlərində Topeliusun vətəninə və təbiətinə olan dərin məhəbbəti "Uleo çayında buzların əriməsi", "Meşə mahnıları", "Qış küçəsi" və s. kimi əsərlərində əks olub. Daha sonra Topelius əsərlərində dini motivlərə üstünlük verdi.Zaxariasın ölümündən bir əsrdən artıq müddət keçməsinə baxmayaraq, o, ilk növbədə uşaqlar üçün “nağıllar müəllifi” kimi yadda qalır.
Uzun, çox uzun küçə boyunca
Dahi alman yazıçısı Volfqanq Borxert 1921-ci ildə anadan olmuşdur. O uşaqlıqdan sənətə, ədəbiyyata böyük maraq göstərmişdir. Bu maraq da onu sənətə yaxınlaşdırmışdır. O çox istedadlı, savadlı bir yazıçı idi. Onun istedadı özünü əsərlərində göstərir. Dahi yazıçı "Rus qarı", "Torpaq", "Milad töhfəsi" kimi əsərlərin müəllifidir.
Lessi
“Lessi” romanı kolli cinsindən olan itin macəralarından bəhs edir. Lessi adlı bu it yorkşirli Sem Kerraklafın evində yaşayır və onun oğlu Coya çox bağlıdır. Sem işini itirəndə və ailə çətin vəziyyətə düşəndə iti varlı bir zadəgana satmalı olur. İtin yeni sahibi onu uzaqlara, özünün Şotlandiyadakı malikanəsinə aparır. Lessi oradan qaçıb öz sahibinin yanına qayıdır.
Ağ gəmi
“Ağ gəmi” 7 yaşlı oğlanın çatmaq istədiyi arzudur... Nədənsə hamı öz arzusuna yetə bilmir, nədənsə arzuya doğru yürüş haradasa yarımçıq kəsilir. Yazıçı dağın ətəyində, çayın sahilində yerləşən, cəmi 7-8 nəfərin yaşadığı dağ kəndində baş verənləri detallı şəkildə təsvir etməklə yanaşı, insanların iç dünyasına enir, daxili həyəcanlarını, düşüncələrini qələmə alır. Yazıçı həyata 7 yaşlı oğlanın gözü ilə baxmağa çalışır. Əsərdəki mənfi qəhrəman – Orozqul get-gedə qəddarlaşır, zülmkara çevrilir. Şaxtalı gündə nəvəsini atla məktəbdən gətirən Mömin babanı o qədər sıxışdırır ki, baba meşədəki Buynuzlu ana maralı öz əli ilə ovlayır. Gözlərində əfsanələşmiş Buynuzlu ana maralın ölümünü görən nəvə isə dəli kimi axan, suları buz kimi kəsən dağ çayının sahilinə gəlir...” Ağ gəmi”yə doğru yol yarımçıq kəsilir.
Paris Notr-Dam kilsəsi
Çoxdan unudulmuş dövrün tarixi təsvirini verən romanda sadə insanın gündəlik həyatı və dəyərləri canlandırılır. Kütləvi tarixi şüur, dünya haqqında təsəvvürlərin özünəməxsusluğu, insanların inam və ümidləri əks olunur. İnsanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Gələcək keçmişin varisi kimi göstərilir. Dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz qalan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə – demokratiyaya yaxınlaşmasına sübutdur. Yazıçı dövrün əlamətlərini əsas qəhrəmanların xarakter və taleyində təcəssüm etdirir.