Biri vardı, biri yoxdu, ölkələrin birində ətrafı dik yamaclı uca dağlarla əhatə olunmuş, dümağ sahili olan bir süd gölü vardı. Bu gölün sahilində böyük bir ağac var idi. Ağacın başında beli ağ bir sağsağan yuva qurmuşdu. Sağsağan yuvada yeddi dənə yumurta yumurtlamış və yeddi bala çıxarmışdı. Sağsağan ata sağsağanla birlikdə balalarını çox yaxşı bəsləyirdi. Soyuq gecələrdə üşüməsinlər deyə balalarını qanadlarının altına alırdı. Balalar analarının gətirdiyi yemdən, sudan doyunca yeyib-içirdilər. Yeddi bala gündən-günə böyüyürdü. Artıq onlar yuvaya sığmırdılar.
Səni niyə belə sevdim
Vaqif Bayatlı Odər 1949-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləyib. (1981-1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışıb (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak edib. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.
Tikan və qızılgül
Tikan çox tәәccüblә Söylәdi qızılgülә: Bir kolda, bir budaqda Yetişirik biz bağda. Bәs sәbәb nәdir ki, sәn һamıya sevimlisәn,
Taleyin qisməti
Taleyin qisməti rast saldı bizi. Yolumuz haradasa qırılacaqsa, İtirəcəyiksə, bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Gəl məni, özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni.
Ayrılıq
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla.