Abelardo Kastilyo XX əsr Argentina ədəbiyyatının əsas nümayəndələrindən biri hesab olunur. O, bir çox dillərə tərcümə olunmuş çoxsaylı romanların, hekayələrin və esselərin müəllifidir. Həmçinin “ El Escarabajo de Oro” və “El Ornitorrinco” ədəbi jurnalların ərsəyə gəlməsində yaxından iştirak edib. Abelardo Kastilyo fəaliyyəti ərzində bir sıra milli və beynəlxalq mükafatlara layiq görülüb. Bunların arasında UNESCO-nun “Beynəlxalq Müasir Yazıçılar Mükafatı”, “Konex” mükafatı, “Milli Ədəbiyyat Mükafatı” var.
Balaca dovşan və Yaz
Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi. – Yox! Yox və yox! – dedi dovşan anama. “Yayın bir yerə qaçmasını istəmirəm. Qoy bizimlə qalsın. Yay isti, yaşıl ot, günəşli bir gün və əlbəttə ki, dostlarımla oyunlarımdır. Soyuq düşsə və yağış yağsa, nə edim? “Digər dovşanlarla birlikdə Meşəçilik Məktəbinə gedəcəksiniz. Bilikli və ağıllı, məlumatlı bir dovşan olacaqsan. Dovşan məktəb haqqında sonra düşünməyini qərar verib və Yayın getməməsi üçün nə edilə biləcəyini düşünürdü
Azad Sənətkar
...Küçədə rastlaşdıq. Qəzetimizə yazı vermişdi. Soruşdum: - Çap olunsa, qonorarını hansı ünvana yazaq? - Poçta. "Dovostrebovaniya"... - Ev ünvanını niyə demirsən? - Mən dəvəsi ölmüş ərəbəm, evim-zadım yoxdur. - Bəs, harada yaşayırsan? - Naməkanam...
Aybolit və Timsah
Doktorun yaşadığı şәһәrdә bir sirk var idi, һәmin sirkdә böyük bir Timsaһ saxlanılırdı. Onu tamaşaçılara pul ilә göstәrirdilәr. Timsaһın dişlәri ağrıdığı üçün doktor Aybolitin yanına müalicәyә gәlmişdi. Doktor ona qәribә dәrmandan verәn kimi Timsaһın dişlәrinin ağrısı kәsildi. —Bura әcәb yaxşıdır!—deyә Timsaһ dillәndi vә әtrafa baxaraq dodaqlarını yaladı.—Nә çox dovşanlarınız, quşlarınız, siçanlarınız var! Hamısı da kök vә lәzzәtlidir! İcazә verin, һәmişәlik sizdә qalım. Sirk saһibinin yanına qayıtmaq istәmirәm. O mәni pis yedirir, döyür, incidir.
Yasəmən ağacı
Ana sübhdən durmuşdu. Çörək bişirmək üçün hazırlıq işinə başladı: təndirin üzərindəki şifer örtüyünü götürdü, külünü çıxartdı, külfəsini açdı. Toz qalxmasın deyə təndirin ətrafına su səpib, silib-süpürüb təmizlədi. Talvarın altından koğanı götürəndə gözünə dəhrə sataşdı. Həmişə par-par parıldayan dəhrənin gilənar ağacından olan tutacağı qaralmış, dəmir hissəsinin hər iki tərəfində pas ləkələri əmələ gəlmişdi. Dəhrənin bu görünüşü ananı incitdi, ağrıtdı. Xəyalı bir az keçmişə getdi.