Doktorun yaşadığı şәһәrdә bir sirk var idi, һәmin sirkdә böyük bir Timsaһ saxlanılırdı. Onu tamaşaçılara pul ilә göstәrirdilәr. Timsaһın dişlәri ağrıdığı üçün doktor Aybolitin yanına müalicәyә gәlmişdi. Doktor ona qәribә dәrmandan verәn kimi Timsaһın dişlәrinin ağrısı kәsildi. —Bura әcәb yaxşıdır!—deyә Timsaһ dillәndi vә әtrafa baxaraq dodaqlarını yaladı.—Nә çox dovşanlarınız, quşlarınız, siçanlarınız var! Hamısı da kök vә lәzzәtlidir! İcazә verin, һәmişәlik sizdә qalım. Sirk saһibinin yanına qayıtmaq istәmirәm. O mәni pis yedirir, döyür, incidir.
Yasəmən ağacı
Ana sübhdən durmuşdu. Çörək bişirmək üçün hazırlıq işinə başladı: təndirin üzərindəki şifer örtüyünü götürdü, külünü çıxartdı, külfəsini açdı. Toz qalxmasın deyə təndirin ətrafına su səpib, silib-süpürüb təmizlədi. Talvarın altından koğanı götürəndə gözünə dəhrə sataşdı. Həmişə par-par parıldayan dəhrənin gilənar ağacından olan tutacağı qaralmış, dəmir hissəsinin hər iki tərəfində pas ləkələri əmələ gəlmişdi. Dəhrənin bu görünüşü ananı incitdi, ağrıtdı. Xəyalı bir az keçmişə getdi.
Xəbərçi sərçə
Biri var idi, biri yox idi. Bütün nağıllar belə başlar. Niyə yox idi? Bax bunu bilmirəm. Gəl, biz olanlardan danışaq. Uca dağın yamacında olduqca gözəl, barlı-bəhrəli bir meşə vardı. Quşların cəh-cəhindən səhərlər meşədə qulaq tutulurdu. Burada olan meyvə ağaclarının yazda, yayda bar-bəhrələri o qədər bol olurdu ki, təkcə meşənin daimi sakinləri deyil, hətta yaxınlıqdakı kəndin əhalisinə də çatırdı. Dünyada ucsuz-bucaqsız çoxlu meşələr olsa da, lakin bizim söhbət açacağımız meşə digərlərindən çox fərqlənir. Dostlar bilirsiniz fərq nədədir?
Şimşək
Gözəl may axşamı idi. Bəli, may idi, yay deyildi. Yay axşamı idi, desəm, yalan demiş olaram, bir hərflik yalan. Yalanın yekəsi, balacası olmaz, istər bir hərflik olsun, istər bir cümləlik, yalan yalandır. Bəzi bir hərflik yalana bir cümləlik yalan belə çatmaz. Elə bu yalan kimi. Bir hərflikdir, amma ilin fəsillərinin yerini dəyişməyə qadir olan yalandır. Yay yox, may olduğunu dəqiq hardan bilirəm, yay olsa, biz tələbə yataqxanasında deyil, rayonda - öz doğma yurd-yuvamızda olardıq.
Siçanların padşahı pişik
Bir ölkə vardı və bu ölkədə siçanlar yaşayırdı. Siçanların ölkəsi o qədər sakit idi ki, ağac budağı qırılsaydı səsi eşidilərdi. Əlbəttə siçanlar bu sakit ölkədə çox rahat yaşayırdılar. Di gəl ki, bir iş həmişə çətinlik törədirdi. Onlar qazandıqlarını bölə bilmirdilər. Siçanlar fikirləşdilər-fikriləşdilər axırda belə qərara gəldilər ki, özlərinə bir padşah seçsinlər. Amma padşah seçmək məsələsi çox çətin oldu. Sən demə Siçanların özlərindən layiqli bir padşah tapmaq mümkün deyilmiş. Buna görə də onlar Pişiyi özlərinə padşah seçməyi qərara aldılar.