Şeyx Şəban

Şeyx Şəbanı siz tanıyırsınızmı? – Xeyr! – Heyf, sədd heyf. Mən haman о Şeyx Şəbanı deyirəm кi, yоlun qırağındaкı məhəllə məscidinin qabağında əyləşib pinəçiliк edirdi. Yağış yağanda sel gətirən кöhnə başmaqları, çustları, çəкmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı. Fəqir-füqəranın ayaqqabıları hamısı ancaq Şeyx Şəban əməli оlardı. Deyəsən yavaş-yavaş yadınıza düşür? Bir tоy, bir ehsan Şeyx Şəbansız кeçməzdi. Meyit qabağında Şeyx Şəban “la hövlə və la qüvvətə” deyəndə səsi şəhərin о biri qapısında eşidilirdi. Hər sabah tezdən durub, enib, sübh namazını məsciddə qılıb, sоnra çıxıb, öz yerində əyləşib peşəsinə məşğul оlardı. Günоrta və axşam azanını da verməyi özünə fərz hesab edərdi. Güman etməyin кi, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah! Azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi.

Sarı toyuq

Cavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik və nə də bir dürüşt danışıq olmamışdı. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi. Anası qızının neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi: - Mən oğlumu sonsuz qoya bilmərəm; gedib ona döşü südlü arvad alacağam. Bəlkə oğlumun övladı ola.

Qoca tarzən

ahar fəsli təzəcə daxil оlmuşdu. Qоca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərəк оtağa qayıdırdı. Əri Cavad tamam qışı xəstə yatıb, İndi isə qıçlarında bir qədər qüvvə hiss edib dedi: – Ay arvad, dörd aydır ki, mən xəstə yatıram və evin qapısından başımı dişarı çıxarmamışam, indi bahardır, pəncərədən baxıram, görürəm bahar günəşinin işığı hər yeri tutubdur, ürəyim bərk darıxır, mənim paltarımı ver geyinim, gedim şəhər bağında bir az nəfəs alım, qayıdım evə. Bu neçə ayda bədənimə təmiz hava dəyməyib, bəlkə baharın istisi məni halətə gətirə.

Qaban

“Qaban” hekayəsində çar hakimiyyəti illərində qaçaq Əbdülkərimin öz yoldaşları ilə şəxsi və ictimai zülmə, haqsızlığa qarşı mübarizəsi təsvir olunur. Qaçaq Əbdülkərimin anasına olan səmimi münasibəti və anasının mərd siması yazıçı tərəfindən canlandırılıb. Ananın məğrur hərəkəti heç vaxt yaddan çıxmır: “Əbdülkərim anası ağlamaz. Sən də, oğul, dünyada igid yaşayıbsan, ölümə də igid get, rəngin bir zərrə qaçarsa, sənə oğul demərəm”.

Pristav və oğru

Mərdlik sisteminin çox mürəkkəb konstruksiyası var. Bu, çox incə bir sistemdi. “Oğru və pristav” hekayəsində pristav əvvəldən də “mən ölüm”ə keçə bilərdi, amma keçmir, çalışır ki, cinayəti bunsuz sübuta yetirsin. Çünki pristav bilir ki, iş “mən ölüm” müstəvisinə keçsə, oğrunu cəzalandırmaq haqqını itirəcək. Ola bilsin, pristav heç də ədaləti bərpa eləmək, öküzü oğrudan alıb yiyəsinə qaytarmaq niyyətində deyil. Ola bilsin, onun məqsədi cinayəti sübuta yetirib oğrunu dama basmaq, öküzü də onun əlindən alıb, satdırıb, puluna kef eləməkdi. Oğrunu tutacaq, guya ədalət bərpa olunacaq. Ola bilsin, yiyəsi çox dirəşsə, öküzün pulundan bir az ona da verəcək ki, ədalət “lap yaxşı” bərpa olunsun. Amma bütün bunları eləyə bilməkdən ötrü pristav öküzü məhz yaxaladığı adamın oğurladığını sübuta yetirməlidi. Pristav buna çalışır, amma alınmır.