Vətən yaraları

Əsər II Dünya müharibəsinə həsr olunub və müharibənin ən qızğın çağında qələmə alınmışdır. Əsərdə geniş müharibə səhnələri verilməyib. Əsəri oxuduqca oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır. Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər xatirələrində mövcuddur. Müharibə isə gerçək və amansızdır. Əsərdə dinc həyatın, əziz xatirələrin, müqəddəs hislərin qorunması istəyi hadisələrin mahiyyətini, mənasını təşkil edir.

Təzə toyun nəzakət qaydaları

Qardaşlığım kooperativdə işləyirdi. Anası da mağazaların hansındasa satıcılığa təyin edilmişdi. Vaxtı yox idi, görüşə bilmirdik. Bu axşam ona rast gəldim. - Soyuq! Etibarsız! - deyə məni çox danladı. Bərk tapşırdı ki, sabah Bəhlulun toyudur, gələrsən. Mən boyun qaçırtdım: - Vacib işim olacaqdır, - dedim. - İstirahət günüdür, - dedi, - kimə yalan satırsan? İş-zad bilmirəm, gələcəksən, vəssalam!

Özündən naxoş

- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa qoyacagam. - Bu nə danışır e! Mirzə Əsgər Abasəlinin dalınca baxa-baxa qaldı. "Ümumi iclasa qoyacağam!" sözlərini zehnində təkrar etdi, vahiməsi bir az da artdı. Mirzə Əsgər Abasəlini yaxşı tanıyırdı. Bilirdi ki, dediyini eləyəndir. Onun adını evdə söyüşlə çəkəndə arvadı soruşurdu: - Necə adamdır o. - Əvvəla, demaqoqdur, lap yekəsindən. İkincisi, nanəcibdir. Üçüncüsü, həyasızdır. Dördüncüsü... Arvadı onun sözünü kəsdi: - Sayma, bəsdir, həyasızdan nə desən çıxar

Kəmtərovlar ailəsi

Yallah, yallah! Haradasan? Kefin necədir? - Sən nə təhərsən? – Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb. - Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki. - Neyləyək ki, bir görüşək? – Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə… - Sən evdə olacaqsan? - Söz versən, gözlərəm. - Gözlə, birtəhər eləyib gələrəm.

İclas qurusu

Əncir qurusu, ərik qurusu, zoğal qurusu-bunlar çox olur, iclas qurusu isə tək-tək olur. Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən. İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəniz də, özünü yaxşı tanıyırsınız. Arıq bədənini qabağa əyib dizini bükərək sürətli addımlarla gedən adamı siz küçədə, idarə qapılarında, pilləkənlərdə çox görürsünüz. O, haraya tələsir. İclasa! Qoltuğundakı boz, sürtülmüş qovluq, səliqəsiz yığılmış kağız-kuğuzla doludur. Bunlar nədir. Protokol! O bütün ömrü boyu başı aşağı, dünyadan bixəbər, qaşqabaqlı, sifəti bulud kimi tutulmuş, fikirli gəzir.