Əsərin baş qəhrəmanı Elmar adlı gənc rəssamdır. O, sənətinə və yaradıcılığına dərin bağlılığı olan, eyni zamanda həyatdakı mənəvi axtarışları ilə seçilən bir insandır. Elmar uzun müddətdir ki, bir qadının portretini çəkməyə çalışır, lakin bu portreti tamamlaya bilmir — o, yarımçıq qalır. Bu yarımçıq portret Elmarın təkcə yarımçıq qalmış rəsm əsəri deyil — o, həm də yarımçıq qalmış bir sevgi hekayəsinin, tam açıla bilməyən hisslərin və insanın daxili narahatlığının simvoludur. Əsərdə Elmarın keçmişində iz buraxmış bir qadına qarşı duyduğu hisslər, sənətdə kamillik axtarışı və onun psixoloji vəziyyəti paralel şəkildə oxucuya təqdim olunur.
Qırçı və qırmızı çiçək
Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu. Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdənmazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.
Qəhrəman ilə bülbülün nağılı
Əsərin adı olan "nağıl" sözü, hekayənin xalq yaradıcılığı və folklor elementləri daşıdığını vurğulayır. Məzmunu: Bu hekayə, adı da məlum olduğu kimi, qəhrəman və bülbülün macəralarını təsvir edir. Hekayədə qəhrəman öz yaralarını aldığı zaman, böyük döyüş səsləri arasında ağlamağının fonunda bülbülün mahnısı eşidilir.
Gözlənilməyən sevgi
İlyas Əfəndiyevin yaradıcılıq yolu, nəsr və dramaturgiyasının poetikası, müasir Azərbaycan ədəbiyyatında tutduğu yer çeşidli aspektlərdən araşdırılmış, üslub dəst-xətti geniş təhlil obyektinə çevrilmişdir. İ.Əfəndiyevin yaradıcılığına bir küll halında nəzər salmaq və nəsr əsərlərində qoyulmuş problemləri sağlam təfəkkür rakursundan təhlil etmək əvvəlki kimi bu gün də kifayət qədər aktualdır. Ədibin yaradıcılığının həmişəyaşarlığı nəinki onun maraqlı dramaturgiyasının, mövzu, obrazlar bolluğu və orijinallığı, həm də nəsr əsərlərinin məzmun mündəricəsi ilə səciyyəvidir.
Keçən ilin son gecəsi
Həmişə olduğu kimi indi də Həmidə xala yeni ili öz evlərində qarşılayırdı. Onun yaşı əllini çoxdan ötmüşdü. Yeni ili qarşılamaq dəb düşəndən bəri o, yalnız bircə dəfə, dekabrın otuz birində öz evlərində olmamışdı. O da təsadüfən; Həmidə xala əri Qəzənfərlə Moskvadan qayıdırdı. İş elə gətirdi ki, Mahaçqaladan bir az bəri qatarı saxladılar. Yolu qar basmışdı. Başqa sərnişinlər kimi Qəzənfərlə Həmidə də qırx yeddinci ili qatarda qarşılamalı oldular. Əlli ikinci ildə isə Qəzənfər vəfat elədi. Həmidə xalagilin dörd uşağı vardı. İki yaşında vəfat eləmiş Sahib də dursaydı, beş olardı. Böyüyü qız idi – Gülarə. Ondan kiçiyi – Rüstəm. Sonra Dilarə, bir də sonbeşik – Tofiq.