Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən: — Molla əmi, yəqin ki, məni tanımırsan? Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bilmədim nə deyim. — Buy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşərinəm də! Niyə, hacı Novruz ağanı tanımırsan? Mən hacı Novruz ağanın qardaşı oğluyam da! Öz həmşərini tanımırsan? –
Zəlzələ
Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.
Danabaş kəndinin məktəbi
Bu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir. Eh, gündür gəlir keçir! Hanı o günlər, hanı rus Karsı alan il? Amma deyəsən ki, dünən idi. Hərçənd o vədə mən uşaq idim, amma təfsilat lap yaxşı yadımdadı. Hətta burası da yadımdadı ki, xərmənlər təzə döyülürdü; yəni işin lap qızğın vaxtı idi. Özgə kəndləri bilmirəm, ilin bu fəsli bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə, bayırda olar. Kənddə qalar məhz övrətlər və itlər; çünki bunlar çöl işində əsla lazım deyillər. Haman günü ki, bu qəziyyə başlanır, mən özüm də xərməndə idim. Xəbər gəldi ki, nəçərnik, qazı, silistçi, hakim, miravoy sud və uşkol gəliblər kəndə.
Sirkə
Cəlil Məmmədquluzadənin "Sirkə" hekayəsi, həyat yoldaşına xəyanət edən, onu aldatmağa çalışan bir kişinin tüğyan etmiş qısqanclığından bəhs edən satirik əsərdir. Hekayədə kişinin öz sevgilisinə sirkə verərək onu ölümlə hədələməsi ilə müxtəlif fəlakətlərdən qurtulmaq üçün bir bəhanə axtarışından, həmin sirkənin ölümcül olmamasından və nəticədə kişinin öz əməlindən peşman olmasından bəhs olunur.
Zəmidə bir Turac səslənirdi
“Zəmidə bir turac səslənirdi” hekayəsi təbiət mənzərələri fonunda insan duyğularını, sevgini, yalnızlığı və qayğıları dərin psixoloji qatlarla əks etdirir. Hekayədə kənd həyatı, insan münasibətləri və duyğuların iç dünyadakı təzahürü İlyas Əfəndiyevə məxsus lirizm və incə müşahidə qabiliyyəti ilə təsvir edilir. Turac quşunun səsi — təbiətin bir detalı olsa da — əsərin simvolik əsasını təşkil edir və qəhrəmanın daxili dünyası ilə təbiət arasında emosional körpü yaradır.