İşgüzar təklif

Həmin yay on iki yaşlı Lük əmisi Henrigilə yaşamağa gəlmişdi. Əmisinin evi çay kənarındakı balaca bir ağac emalı zavodunun yanında yerləşirdi. Atasının son sözü Lükün yadından çıxmırdı: “Çalış ki, hər şey də əmindən ibrət alasan”. Buna görə də oğlan diqqətlə əmisinə göz qoyurdu.

Bremen çalğıçıları

Çox-çox illər bundan qabaq yer üzündə bir dəyirmançı yaşayırdı. Dəyirmançının bir ulağı vardı, çox yaxşı, ağıllı, güclü ulaqdı. Ulaq dəyirmanda çox işlədi, belində un tayları daşıdı və axır ki, qocaldı. Sahibi gördü ulaq gücdən düşüb, daha işə yaramır, odur ki, onu evdən qovdu. Ulaq qorxdu, fikirləşdi ki: «İndi neyləyim, hara gedim? Qocalıb əldən düşmüşəm». Sonra öz-özünə dedi: «Gedərəm Bremen şəhərinə, orda küçə çalğıçısı olaram».

Ancaq siçanlar gecələr yatırlar

Volfqanq Borxert – İkinci Dünya Müharibəsindən sonra Almaniyada yaranan "Trümmerliteratur"un (dağıntı ədəbiyyatı) görkəmli nümayəndəsi, şair, dramaturq və qısa hekayələr ustası. 1921-ci ildə Hamburqda doğulub və 1947-ci ildə dünyasını dəyişib. 1942-ci ildə müharibədə yaralanır və difteriyaya tutulur. Sağ əlindən yaralandığı üçün ondan özünəqəsddə şübhələnirlər və ona ölüm cəzası verilir. Haqqında çıxarılan ölüm cəzası sonradan ləğv edilsə də 1947-ci ildə aldığı yaralar nəticəsində dünyasını dəyişir. Qısa ömür yaşamasına baxmayaraq Alman ədəbiyyatında önəmli yeri var. Xüsusilə alman ədəbiyyatında “Qrup-47” adı ilə tanınan ədəbi cərəyana ciddi təsiri olub. Yaralı olduğu üçün, ölümün yaxında olduğunu hiss edən Borxert yazırdı: "Uzun hekayələr yazmağa, forma axtarışlarına, araşdırmalara, problemlərlə məşğul olmağa qətiyyən vaxtım yoxdur. Çox yazmalıyam, sürətli yazmalıyam”

İfadə

Saat ona qalmışdı və mən həbsxana çarpayısının üzərində uzanıb yun adyalın altında divarı taqqıldadırdım. Qəfil kameranın içindəki lampa yanır və növbətçi müşahidə dəliyindən içəri baxırdı. O baxanda səssizcə yatırdım. Başlanğıcda aradabir taqqıldatmağa başladım. O da eyni formada cavab verirdi. Səslər sanki uzaqdan gəlirmiş kimi dərin və boğuqdu. Bir dəfə vurdum –a, iki dəfə vurdum –b, üç dəfə vurdum –c.

Kiş haqqında hekayət

Bir zamanlar Buzlu okeanın sahilində Kiş adlı bir ovçu yaşayırdı. O, qəbilə başçısı idi, uzun illər firavan yaşamışdı, öləndən sonra da adı öz xalqı tərəfindən ehtiramla çəkilirdi. Kiş çox-çox əvvəllər ömür sürdüyündən onun adı yalnız qocaların yadında qalmışdı.