XIX əsr Avropa tənqidi realizminin görkəmli nümayəndələrindən biri olan Gi de Mopassan oxucuların geniş rəğbətini qazanmış söz ustasıdır. O özü barədə zarafatla deyirdi: “Mən ədəbiyyata meteor kimi daxil oldum”. Mopassan on bir il ərzində bir çox kiçik povestlər, “Həyat”, “Gözəl dost”, “Mont-Oriol”, “Pyer və Jan”, “Ölüm kimi güclü” və “Bizim ürəyimiz” kimi iri romanlar yaratmışdır. Bu əsərlər Mopassana fransız yazıçıları sırasında ön yerlərdən birini qazandırmışdır.
İki dost
Mühasirəyə alınmış Parisdə aclıq hökm sürürdü. Damdakı sərçələr və kanalizasiyadakı siçovullar da gözə az-az dəyirdi. İnsanlar əllərinə keçən hər şeyi yeyirdilər. İxtisasca saatsaz olan və heç yerdə işləməyən Cənab Morissot bir aydın yanvar səhəri əlləri cibində, qarnı ac bulvarda gəzərkən gözlənilmədən bir tanışı ilə- birlikdə balıq tutduğu Cənab Sauvajla üz-üzə gəldi. Müharibə başlamamışdan əvvəl Morissot hər bazar səhəri əlində bambuk çubuğu və belində vedrə ilə yola düşməyə adət etmişdi. O, Argenteuil qatarına minər, Kolombda düşər və buradan İle Marante çayına doğru yol alardı.
Görünməz Tonino
Bir gün Tonino adlı oğlan dərsə hazırlıqsız gəlmişdi. Müəllimin ondan ev tapşırığını soruşacağından çox qorxurdu. Məktəbə yaxınlaşanda həyəcandan ürəyi tir-tir əsirdi. Öz-özünə düşündü: “Nə olaydı, görünməz olaydım, müəllim məndən dərs soruşmayaydı”. Dərs başlandı. Müəllim bir-bir uşaqların adını çəkir, dərsə gəlməyənləri jurnalda qeyd edirdi. Öz adını eşidəndə Tonino yavaşca: “Buradayam”, – deyə dilləndi. Uşaqlar ətrafa boylandılar.
Dəniz kənarıyla qaçan Alabaş
Məşhur qırğız yazıçısı Çingiz Aytmatovu dünyada məşhurlaşdıran “Cəmilə” povesti olmuşdur. Aytmatovun başlıca əsərləri “Gün var əsrə bərabər” romanı, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” povestləri hesab olunur. 1977-ci ildə yazılmış “Dəniz kənarıyla qaçan Alabaş” əsərində dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlamın keçdiyi ağır sınaqlardan bəhs olunur.
Mənim universitetlərim
Görkəmli rus ədibi Maksim Qorki (1868–1936) çətin həyat yolu keçib. 11 yaşında artıq ata və anasını itirən yazıçı nənəsinin yanında böyüyüb. Nənəsindən eşitdiyi nağıllar sonralar onun yaradıcılığına ciddi təsir göstərib. Çətin ailə şəraiti ucbatından cəmi bir neçə ay məktəbə gedən Qorki hələ 8 yaşından işləməyə məcbur olub. Uşaqlıq, yeniyetməlik və gənclik illərində həyatın bütün sərt üzlərini görən yazıçı sonralar bu yaşadıqlarını «Uşaqlıq» və «Özgə qapılarında» adlı avtobioqrafik povestlərində ustalıqla qələmə alıb. Həmin silsiləyə daxil olan sonuncu – üçüncü povest «Mənim universitetlərim» adlanır və yazıçının gənclik illərində üzləşdiyi məhrumiyyətlərdən bəhs edir. Yaxşı təhsil almaq eşqi ilə alışıb-yanan yazıçı bu arzusuna çatmasa da, həyatda qarşılaşdığı çətinliklərin, pis və yaxşı adamların ona çox şey öyrətdiyini təsirli şəkildə təsvir edir.