Kabus dolu gəmi

Alsorda atamın balaca bir dükanı var idi; adətən, əlindəki var-dövləti itirməkdən qorxan və risk etməyi sevməyən adamlar bu cür ortabab dükanlara sahib olurlar. Atam məni çox sadə və dürüst insan kimi tərbiyə etmişdi; istədiyinə də nail olmuşdu — hələ kiçik yaşlarımdan ona yardım etməyə başlamışdım. On səkkiz yaşım təzə tamam olmuşdu ki, atam həyatında ilk dəfə böyük ticarətə atılmaq qərarına gəldi və bir sövdələşməyə razılıq verdi. Amma çox keçməmiş dünyasını dəyişdi; mənə elə gəlir ki, onun ürəyini partladan şey min qızıl sikkəni ucsuz-bucaqsız dənizə etibar etməsi idi — bu cür həyəcana onun qəlbi çətin ki tab gətirəydi. Ölümündən bir neçə həftə sonra atamın yük daşıtdırdığı gəminin batması xəbəri də özünü çox gözlətmədi; xəbəri alaralmaz, nə qədər qəribə olsa da, atamın həyatda olmadığına görə sevindim.

Qarğıdalı əkini

Mallarını satmaq üçün şəhərimizə gələn fermerlər küçələrə nəsə bir canlılıq gətirirlər. Şənbə günləri bu, xüsusilə aydın duyulur. Onların əksəriyyətinin uşaqları elə bizim məktəblərdə oxuyurlar. Hetç Hatçinson da burda yaşayır. Onun şəhərdən üç mil aralıda yerləşən ferması kiçik olsa da, səliqə-sahmanına görə ad çıxarıb. Hetçin çox da böyük olmayan taxta evi həmişə rənglən­miş, meyvə ağacları ağardılmış olur. Tarlası isə, haçan baxsan, öz səliqəsiylə göz oxşayır. Hetçin yaşı yetmişi haqlayıb. O, vaxtından xeyli gec evlənmişdi. Vətəndaş müharibəsindən evə ağır yaralı kimi qayıdan atası davadan sonra xeyli yaşasa da, iş qabiliyyətini itirmişdi və nə qədər ki atası sağ idi, ailənin yeganə övladı olan Hetç təsərrüfat işlərində onu əvəz etməli olmuşdu.

Balzakın günahı ucbatıntdan

Müəllimin əri vəzifəli bir adamdır, ancaq qadınına baxmır, sevmir. Onları sadəcə eyni soyad birləşdirir... Bir gün qəhrəman müəlliməsinə eşqini izhar edir, ərli qadınsa birmənalı şəkildə rədd edir onu. Oğlan çölə çıxır və bir azdan yadına düşür ki, Balzakın “Atılmış qadın” hekayəsinin qəhrəmanı rədd ediləndən sonra – eyni situasiyada geri qayıdıb sevdiyinə yenidən eşqini izhar edəndə, alınır. O da qayıdır və müəlliməsinə onsuz yaşaya bilməyəcəyini deyir. Müəllimə bu dəfə müsbət cavab verir....

Həqiqi dost

Günlərin bir günü səhər Qoca Su Siçanı başını yuvasından çıxartdı. Onun xırda kinli gözləri, qısa tikanlı bığları vardı və quyruğu bir qədər qara rezinə bənzəyirdi. Gölməçənin içində sarıbülbülə bənzəyən balaca ördək balaları üzməyə çalışırdılar; Ana Ördək isə təmiz ağ rəngdə idi, qırmızı ayaqları vardı və balalarına suya necə baş vurmağı öyrətməyə çalışırdı.

Kibrit satan qız

İlin son günü idi. Hava çox soyuq idi. Sıyıq sıyıq qar yağırdı. Axşam olmaq üzrə idi. Çöldə başı açıq, ayaqyalın kiçik bir qız gedirdi. Səhər evdən çıxarkən ayağında anasının köhnə bir ayaqqabısı vardı. Amma ayaqqabılar böyük gəlirdi. Qarda gedərkən salıb itirmişdi. İndi kiçik qızın ayaqları soyuqdan göyərmişdi. Əlindəki kibritləri satmağa çalışırdı. Lakin səhərdən bəri bir qutu belə sata bilməmişdi. kibrit satan yoxsul qızSoyuqdan donmaq üzrə idi. Qarnı çox acmışdı. Evlərdən xoş ətirli yemək qoxuları gəlirdi. Kiçik qız, kibrit sata bilmədiyi üçün evə gedə bilmirdi. Çünki atası çox qızacaqdı. Onsuz da evləri də küçələrdən daha isti deyildi. Qızcığaz bir evin küncünə büzüşərək oturdu. O qədər üşümüşdü ki, bir kibrit yandırıb isinməyi düşündü.