Baba lap qocalmışdı. Ayaqları gücdən düşmüşdü, gözlərinin işığı getmişdi, dişləri tökülmüş və qulaqları da ağır eşidirdi. Yediyi zaman xörək ağzından tökülürdü.
Tala
Tozağacı özünün son qızılı yarpaqlarını yuxulu qarışqaların yuvalarına, küknarların başına səpələyirdi. Meşə cığırı ilə gedirdim, payız meşəsi gözlərimə dəniz kimi, tala isə bu dənizdə bir ada təki görünürdü.
Cəhənnəmin gözəlliklərindən
Şeytan Adolf günahkar ruhların qaynadıldığı 28 nömrəli qır qazanında ocaqçılıq eləyirdi. O, qısa çubuğunu tüstülədir, aradabir qara Bavariya pivəsindən qurtumlayıb özü üçün zümzümə eləyirdi: "Lay-lay körpəm, a lay-lay”. Birdən qulağna qır qazanın içindən kiminsə sızıltılı səsi gəldi: –Xahiş eləyirəm, məni buradan çıxarın!
Belə bir gün
Rudolf Otto Vimer (Rudolf Otto Wiemer) 1905-ci ildə, Fridrixrodada doğulub. Tanınmış alman şairi, nasiri və dramaturqudur. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub.
İşgüzar təklif
Həmin yay on iki yaşlı Lük əmisi Henrigilə yaşamağa gəlmişdi. Əmisinin evi çay kənarındakı balaca bir ağac emalı zavodunun yanında yerləşirdi. Atasının son sözü Lükün yadından çıxmırdı: “Çalış ki, hər şey də əmindən ibrət alasan”. Buna görə də oğlan diqqətlə əmisinə göz qoyurdu.