Yazmağa hazırlaşdığım bu dəhşətli əhvalata inanacağınızı düşünmürəm, heç sizi buna inandırmaq iddiasında da deyiləm. Duyğularımın özü-özünü inkar etdiyi bir halda bunu başqalarından gözləməyim dəlilik olardı. Amma mən dəli deyiləm, heç yuxu da görmürəm. Lakin bir sabah öləcəyimi düşünəndə bu gün ruhumu bu ağır yükdən xilas etmək istəyirəm. Məqsədim adi məişət hadisələrini yığcam şəkildə, şərhsiz ortaya qoymaqdır. O hadisələr ki, öz nəticələri ilə məni dəhşətə gətirdi, əzab verdi və məhv etdi. Nə isə...onları izah etməyə çalışmayacağam. Bu hadisələr mənə dəhşətdən başqa bir şey vermədi, halbuki bəlkə başqalarına o qədər dəhşətli görünməyə də bilərdi. Bəlkə kiminsə dərrakəsi mənim təxəyyülümü bayağı bir nağıl hesab edəcək. Bəziləri isə həyəcansız və soyuqqanlı qarşılayacaq. Düşünəcək ki, nəql edəcəyim bu hekayət əslində bir-birlərini təbii şəkildə izləyən hadisələr zəncirindən başqa bir şey deyil.
Kilimancaro qarları
Ernest Heminqueyin “Kilimancaro qarları” hekayəsində Harri obrazı, onun aiqbəti bir növ Heminqueyin öz aqibətidir. Ona görə də ömrünün son illərini ruh düşkünlüyü ilə yaşayan Heminquey barədə bəzən deyilir ki, onun aqibəti yaratdığı Harri obrazının aqibətidir. “Kilimancaro qarları” hekayətində deyilir: “…Orada, irəlidə o, göz önünə pərdə çəkib bütün dünyanı görünməz edən, günəşin şəfəqləri altında bəyazlığı göz deşən ağlasığmaz dərəcədə parlaq, başı göylərə qalxıb dirənmiş kvadrat şəkilli nəhəng Kilimancaro zirvəsini gördü. Onda başa düşdü ki, bu yer elə onun üz tutub getdiyi həmin yerdir…” Harrinin də, Heminqueyin də üz tutub getdiyi yer elə həmin yerdir.
İstəklilər
1835-ci ildə Andersenin birinci nağıllar məcmusu nəşr olundu. Nağılçının istedadı nəhayət özünü göstərdi. Andersendən dramaturgiyada və aktyorluqda heç nə alınmasa da, o özünü nağılda göstərməyi bacardı. Onun bacarığı səhnə üçün deyil, nağıl üçün lazım gəldi. Çin imperatorundan tutmuş yamayan iynəyə qədər hər şeyi yeni bir şəklə çevrilmək bacarığı, gözəl yaddaş, improvizasiya bacarığı, şairliyi və hər təzəliyə və qəribəliyə olan sevgisi, tükənməz mehribançılığı «Düyməcik» və «Qar kraliçası», «Eybəcər ördək balası» və «Bülbül» kimi nagılların yazılmasında lazım gəldi.
Donuzotaran
XIX əsrin görkəmli Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Kristian Andersen 1805-ci il aprelin 2-də Odense şəhərində, çəkməçi ailəsində doğulub. Gənc yaşlarından ədəbi əsərlər yazıb. İlk şeirləri 1826-1827-ci illərdə nəşr olunub. Andersenin demokratik, humanist dünyagörüşü nağıllarında daha dolğun əks olunub. Yazıçı “Çirkin ördək balası” nağılında əsl istedadın bütün maneələri dəf edərək, özünə yol açacağı fikrini irəli sürür, “Bülbül” əsərində həqiqi sənəti süni gözəlliyə qarşı qoyub. “Dəyanətli qalay əsgərcik”, “Qar kraliça” və s. nağıllarda sadə, yoxsul adamların mənəvi zənginliyindən danışılır. “Noxud üzərində yatan şahzadə qız”, “Donuzotaran” nağıllarında aristokratiya nümayəndələrinin xudpəsəndliyi, zövqsüzlüyü və şıltaqlığı təsvir olunur. Onun nağılları böyüklər üçün də ibrətamizdir. Andersen folklordan yaradıcılıqla istifadə edib. Dinamik süjet, danışıq dilinin sadəliyi və canlılığı, dərin emosionallıq, incə yumor nağılların xarakterik xüsusiyyətidir.
Aktyor
Gənc aktyor Ernst Lüdviq anasının ağır xəstəliyi barədə teleqramı təzə rolun mətni ilə eyni vaxtda aldı; mətni və teatrın ünvanına göndərilən teleqramı ona kuryer təqdim eləmişdi. Lüdviq çox da ləngimədi, elə axşam qatarı ilə yola düşdü. Ancaq getməzdən qabaqkı bir neçə saatı teatrda keçirməli oldu: direktordan icazə istədi, kostyumunu qaydaya saldı, tanınmış həmkarı Lavini tapıb, birgə yoxlama məşqini ayrı vaxtda keçirmək barədə onunla razılığa gəldi. Direktorun qərar verməsi bir qədər çəkdi və bu müddətdəLüdviq təzə pyesin mətninə ötəri də olsa, nəzər saldı. Sonra isə aydın məsələdir ki, qayğıkeş sorğular hədəfinə çevrildi...