Cavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik və nə də bir dürüşt danışıq olmamışdı. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi. Anası qızının neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi: - Mən oğlumu sonsuz qoya bilmərəm; gedib ona döşü südlü arvad alacağam. Bəlkə oğlumun övladı ola.
Qoca tarzən
ahar fəsli təzəcə daxil оlmuşdu. Qоca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərəк оtağa qayıdırdı. Əri Cavad tamam qışı xəstə yatıb, İndi isə qıçlarında bir qədər qüvvə hiss edib dedi: – Ay arvad, dörd aydır ki, mən xəstə yatıram və evin qapısından başımı dişarı çıxarmamışam, indi bahardır, pəncərədən baxıram, görürəm bahar günəşinin işığı hər yeri tutubdur, ürəyim bərk darıxır, mənim paltarımı ver geyinim, gedim şəhər bağında bir az nəfəs alım, qayıdım evə. Bu neçə ayda bədənimə təmiz hava dəyməyib, bəlkə baharın istisi məni halətə gətirə.
Qaytar ana borcunu
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə, Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona. Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə...
Qarğıdalı əkini
Mallarını satmaq üçün şəhərimizə gələn fermerlər küçələrə nəsə bir canlılıq gətirirlər. Şənbə günləri bu, xüsusilə aydın duyulur. Onların əksəriyyətinin uşaqları elə bizim məktəblərdə oxuyurlar. Hetç Hatçinson da burda yaşayır. Onun şəhərdən üç mil aralıda yerləşən ferması kiçik olsa da, səliqə-sahmanına görə ad çıxarıb. Hetçin çox da böyük olmayan taxta evi həmişə rənglənmiş, meyvə ağacları ağardılmış olur. Tarlası isə, haçan baxsan, öz səliqəsiylə göz oxşayır. Hetçin yaşı yetmişi haqlayıb. O, vaxtından xeyli gec evlənmişdi. Vətəndaş müharibəsindən evə ağır yaralı kimi qayıdan atası davadan sonra xeyli yaşasa da, iş qabiliyyətini itirmişdi və nə qədər ki atası sağ idi, ailənin yeganə övladı olan Hetç təsərrüfat işlərində onu əvəz etməli olmuşdu.
Qaban
“Qaban” hekayəsində çar hakimiyyəti illərində qaçaq Əbdülkərimin öz yoldaşları ilə şəxsi və ictimai zülmə, haqsızlığa qarşı mübarizəsi təsvir olunur. Qaçaq Əbdülkərimin anasına olan səmimi münasibəti və anasının mərd siması yazıçı tərəfindən canlandırılıb. Ananın məğrur hərəkəti heç vaxt yaddan çıxmır: “Əbdülkərim anası ağlamaz. Sən də, oğul, dünyada igid yaşayıbsan, ölümə də igid get, rəngin bir zərrə qaçarsa, sənə oğul demərəm”.