Damaso xoruzların birinci banında gəlib çıxdı;yeddi aylıq hamilə arvadı Anna paltarını soyunmadan yatağın içində oturub eləcə gözləyirdi. İşartısı öləziyən nöyüt lampasına baxa-baxa Damaso hiss etdi ki, Anna bütün gecə dəqiqəbədəqiqə onu gözləyib; elə indi də gözləməkdədir. Odur ki, toxdaqlıq üçün başını tərpətdi. Ancaq Anna cavab vermədi, qorxudan bərəlmiş gözlərini Damasonun əlindəki qırmızı bağlamaya dikib, hönkür-tüsünü boğmaq üçün dodaqlarını bir-birinə sıxaraq titrətməyə başladı. Damaso səssiz bir çılğınlıqla arxadan gəlib hər iki əliylə qadının korsajından yapışdı. Ondan turşumuş spirt iyi gəlirdi.
Dərzi Finandiyanı İsveçə necə tikdi
Zaxarias Topelius 1818-ci il yanvarın 14-də həkim ailəsində anadan olub. Uşaqlıq dövründən başlayaraq onun bədii bacarıqları özünü göstərməyə başladı: zəngin təsəvvürü, müşahidələri, sirli və mistik hadisələrə maraq gənc şairdə cəmlənmişdir.Topeliusun ədəbi yaradıcılığı çox müxtəlifdir. Şeirlərində və əsərlərində Topeliusun vətəninə və təbiətinə olan dərin məhəbbəti "Uleo çayında buzların əriməsi", "Meşə mahnıları", "Qış küçəsi" və s. kimi əsərlərində əks olub. Daha sonra Topelius əsərlərində dini motivlərə üstünlük verdi.Zaxariasın ölümündən bir əsrdən artıq müddət keçməsinə baxmayaraq, o, ilk növbədə uşaqlar üçün “nağıllar müəllifi” kimi yadda qalır.