İki milçək yad ölkəyə uçmaq məqsədi ilə, özləri ilə aparmaq üçün arını tutdu dilə. Çünki tutuquşuları xeyli tərfləmişdi onlara yad diyarı. Birdə ki, milçəklərə toxunurdu bu yaman ki,öz olkələrində, buranın hər yerində onlar qovulurdular həmişə qonaqlıqan.
Azərbaycan - Dünyam mənim
Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbaycan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya.
Armud bəy
Biri vardı, biri yoxdu, bir tülkü vardı. Bu tülkü bir gün girrənə-girrənə gedirdikdə görür ki, bir armud ağacı var. Ağacın altı doludur armudlarla: yetişmiş saralmış armudlar bu ağacın dibinə tökülüb. Tülkü irəli gəlib, görür ki, armud ağacının dibində bir adam oturub, elə yanına düşəni yeyir, onda aralı düşən armudları isə götürmür. Tülkü yaxınlaşıb bununla söhbət etmək qərarına qəlir:
Xatiratım
“Xatiratım” memuarının dili və üslubu da “Danabaş kəndinin əhvalatları”nın təhkiyəsi ilə eynidir. Bu əsər qiymətli memuar ədəbiyyat nümunəsi olmaqdan başqa, həm də cəlbedici, düşündürücü, ibrətamiz, oxunaqlı orijinal bir nəsr əsəri təəssüratı yaradır. Heç tərəddüd etmədən “Xatiratım” memuarını Azərbaycan sənədli nəsrinin ən mükəmməl nümunələrindən biri kimi qəbul etmək olar.
Uzaq sahillərdə
mran Qasımov və Həsən Seyidbəyli tərəfindən yazılmış «Uzaq sahillərdə» povesti Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseyzadə – “Mixaylo”nun Avropa partizan hərəkatında göstərdiyi şücaətlərə həsr edilmişdir. Əsərin yazılmasında məqsəd alman-faşistlərə qarşı mübarizədə əvəzsiz rəşadətlər göstərmiş Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsini daha dərindən öyrənmək, onu fərqləndirən xüsusiyyətləri əxz etmək idi. Bu xüsusiyyətlər isə müxtəlif və rəngarəngdir. Məsələn, Mehdi Hüseynzadə əsərdə mərd və qorxmaz, vətənpərvər, dostluqda sadiq, əsil kəşfiyyatçı, istedadlı rəssam, ülvi arzularla yaşayan vətəndaş və nəhayət, faşistlərə qan udduran döyüşçü kimi təsvir olunmuşdur. Mehdi Hüseynzadə həqiqətən də bu deyilən keyfiyyətlərə cavab verən Azərbaycanın mərd və mübariz qəhrəman oğludur.