Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir.
Tütək səsi - I HİSSƏ

Gənc səyyahlar
Jül Vernin hədsiz maraqla oxunan kitablarından biri də “Gənc səyyahlar” romanıdır. Londondakı Antil məktəbinin müsabiqədə yüksək yerləri tutan 9 tələbəsi mükafat olaraq Qərbi Hindistandakı müxtəlif adalara gəmi ilə səyahət imkanı qazanır. Onlar müəllimlərindən birinin – Horatsi Pattersonun müşayiəti ilə yola düşürlər. Lakin elə ilk günlərdən maraqlı hadisələr başlayır, gənc səyyahlar isə onları qarşıda daha təhlükəli, həyəcanlı macəraların gözlədiyindən xəbərsizdirlər.
Bəyaz gecələr
Romanın baş qəhrəmanı – kimsəsiz və utancaq bir xəyalpərəstdir. Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona vurulur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona özünün keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən danışır. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur. Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir! Dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biri hesab edilən Fyodor Mixayloviç Dostoyevski (1821-1881) rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Tənqidçi Belinski deyirdi ki, o qeyri-adi və bənzəri olmayan bir istedaddır. F.M.Dostoyevskinin yaradıcılığı dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinədir. Onun ‘Bəyaz gecələr’ əsəri 1848-ci ildə çap olunub. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A.N.PIeşeyevə həsr edib.
Gombul
Kiçik hekayələr müəllifi kimi tanınan Mopassan həm realist, həm də fantastik mövzularda yazmışdır. 1880-ci ildə ilk şah əsəri olan «Gonbul»u çap etdirmişdir. Burada hadisələr baş qəhrəman – yüngül xasiyyətli gənc qadın Elizabetin (çox kök olduğuna görə ona “gonbul” deyirdilər) ətrafında cərəyan edir. Əsər Fransa və Prussiya arasında gedən müharibənin təsviri ilə başlayır. Gonbul fiziki cəhətdən əxlaqsız, sadəlövh idi və ondan hamı istifadə edirdi.