İki xoruz : həyət xoruzu və qüllə xoruzu

Bu nağıl insanlara təkəbbürlü olmamağı, başqalarının əməyinə və faydasına hörmətlə yanaşmağı öyrədir. Andersen göstərir ki, hər kəsin öz dəyəri və yeri var, kimisə kiçik görmək düzgün deyil. Nağıl həm də bildirir ki, təvazökar və səbirli olmaq insanı ucaldır, lovğalıq isə zərər gətirir.

İki it

Təmsil

Ərim nə etsə xoşdur

Kənddə bir vaxtlar çox mehriban bir qoca ər-arvad yaşayırdı. Onların çox mal-dövləti yox idi, amma bir-birlərini ürəkdən sevirdilər. Evdə yalnız bir inəkləri vardı — o da onların var-dövlətinin hamısı idi. Bir gün qoca dedi: — Bizim inəyimiz çox süd verir, amma artıq süd bizə artıqlıq edir. Gərək onu bazara aparım, satım, əvəzində nəsə faydalı bir şey alım. Arvadı gülümsəyib dedi: — Elə et, ərim, sən nə etsən, xoşdur!

Danabaş kəndinin məktəbi

Bu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir. Eh, gündür gəlir keçir! Hanı o günlər, hanı rus Karsı alan il? Amma deyəsən ki, dünən idi. Hərçənd o vədə mən uşaq idim, amma təfsilat lap yaxşı yadımdadı. Hətta burası da yadımdadı ki, xərmənlər təzə döyülürdü; yəni işin lap qızğın vaxtı idi. Özgə kəndləri bilmirəm, ilin bu fəsli bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə, bayırda olar. Kənddə qalar məhz övrətlər və itlər; çünki bunlar çöl işində əsla lazım deyillər. Haman günü ki, bu qəziyyə başlanır, mən özüm də xərməndə idim. Xəbər gəldi ki, nəçərnik, qazı, silistçi, hakim, miravoy sud və uşkol gəliblər kəndə.