Hekayə Danimarkanın qədim qəhrəmanı Holger Danske (Danimarkalı Holger) haqqında danışır. Əfsanəyə görə, Holger bir zamanlar igid döyüşçü olub, ölkəsini yadelli düşmənlərdən qoruyub. Yaşlandıqdan sonra o, Kronborq qalasında (indiki “Hamlet qalası” kimi tanınır) dərin yuxuya gedir. Andersenin hekayəsində deyilir ki, Holger qalada daş taxtda oturur, uzun saqqalı stolun üstünə yayılıb və o, Danimarka təhlükə altına düşəndə oyanacaq. O, xalqının xilaskarı kimi geri dönəcək — azadlıq və ədalət uğrunda yenidən mübarizə aparacaq.
Heç vaxt unutmayacağımız yay
Əsgər şəhadət barmağını irəli uzadıb soruşdu: – Bu, senin uşak? – Hə, - kəndli cavab verdi. – Bu da arvat? – Hə. – Men uşakları çok sevar... …Yay fəsli idi. Günəş zəmilərdə taxılı, meşələrdə küknar ağaclarını yandırıb-yaxır, Pistoyi dağlarının yamaclarına sığınmış kəndli daxmalarının çızdağını çıxardırdı… – Evda menim çoklu uşak var, – əsgər sözünə davam elədi. O, əlindəki sumbata kağızıyla öz yük avtomobilinin qara kamerini sürtüb təmizləyir, heç yana tələsənə oxşamırdı. Alnı büsbütün tər içində idi; qırx dördün yayı heç dözüləsi deyildi.
Ögey ana
Solmaz Əkrəmə ərə gedəndə Əkrəmin oğlu Adil cəmi üç aylıq idi. Arvadı isə kəndlərinə ermənilər növbəti dəfə hücum edəndə ölmüşdü. ermənilərin kəndə yağdırdığı mərmilərdən biri məhz həmin gün dünyaya övlad gətirən qadının olduğu otağın şüşəbəndinə düşmüş, qəlpələr ətrafda hər şeyi darmadağın etmiş, zahı ananın köksünü parçalamışdı. O gün Əkrəm qəlpə dəyməyən, möcüzə nəticəsində xilas olan yenicə doğulmuş körpəylə evdə tək qalmışdı.
Qar kraliçası
Hә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha da eybəcərləşirdi.
Sonuncu Mogikan
Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur.