Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri, yad ehtiramla, Deyirlər tanış ol., Nə qəribədir ?!
Manqurtun öcü
Ulu Kam çağırmışam! Bütün "Manqurt soydaşlarımı" Alp yapacağam! Söz! Manqurtun öcü yaman olacaq! Tomiris T.B. Sarı Özək çöllərində Günəş qürub edirdi. Həmin gün Ağ maya yerdə hərəkətsiz qalan Ananın cansız bədəninin yanından bir an da uzaqlaşmamışdı. Manqurt isə otardığı dəvələri izləsə də, ara-sıra donuq baxışlarla artıq əbədi susmuş Anaya baxırdı. Manqurt dəvə sürüsünün artıq yan verib yatdığından əmin olduqdan sonra başını bir daşa söykəyib gözünün acısını almağa çalışırdı, lakin yazıq zavallının gözlərinə yuxu getmirdi ki, getmirdi... Çarəsiz zavallı bütün gecəni vadi boyu sürünü qovdu. Qaçmağa çalışdığı o tükürpədici səs isə daha da yaxınlaşırdı... Bir anda qarşısında bir cüt mavi işıq parıldadı. Artıq sonunun çatdığını sandı. Gözlərini yumdu və üzü üstə torpağa sərildi...
Makario
Görkəmli Meksika yazıçısı Xuan Rulfonun (1917-1986) “Makario” hekayəsinin orijinaldan tərcüməsini təqdim edir. Cəmi bir romanı və bir hekayə toplusu olan Rulfonun “Makario”su ispandilli ölkələrin ədəbi sorğularında ən çox xatırlanan hekayələrdəndir. Bu hekayəni estetikasına görə Folknerin “Səs-küy və qəzəb” romanıyla müqayisə edirlər.
Kamasin dili
Xəstəlik onu birdən-birə, payızın sonlarına doğru yaxaladı. Bir səhər yuxudan oyanıb yatağından qalxmaq istəyəndə huşunu itirərək üzüqoylu düşdü və özünə gələndə xeyli nə baş verdiyini anlamadı. O vaxtdan bu yana yataqda keçirdiyi günlərdə yaşadığı ömrün pərakəndə lövhələri sanki hər şey dünən olubmuş kimi, yaddaşında çevrildikcə zehni ayazıyırdı... Abalakovo ulusundan Sayan rayonunun mərkəzi Aqinskə qədər iyirmi beş kilometrlik yolu həftə aşırı gedib-gəlmək o qədər də asan deyildi. Minik olmadığından səhərin gözü açılmamış qalxıb yola çıxır, öylədən bir az keçmiş rayon mərkəzinə yetişincə poçtda işləyən bacılığını arayıb tapır, gecəni onlarda keçirir, o biri gün bazarlıq edib geri dönürdü. Çoxlarına yorucu görünsə də, meşələrin, göllərin səssizliyinə bürünmüş bu yol onu özündən alıb aparır, mənzil başına çatana qədər zamanın necə axıb keçdiyini duymurdu. İndiyədək bircə dəfə də olsun hər daşını, kəsəyini tanıdığı yolun uzunluğunu sezməmişdi. Sanki ömrü bu yollara dağılmışdı, keçib getdikcə yaşanmış illərin qırışığı açılır, tökdüklərini yığırdı.
Günəş, buludlar və Ağca
O, bəmbəyaz idi... Günəşə doğru uçanda göy üzündə bir topa ağ buluda bənzəyirdi. Dostu ona Ağca deyirdi. O da dostunun dilindən adını eşidən kimi uçub gəlir, ağ lələkli çəhrayı ayaqlarını götürüb qoya-qoya onun ovcunda dənlənirdi.... Günlərin bir günü eşitdiyi sözlərdən həyəcanlandı: Ağca, mən gedirəm... Boynunun tərpənişi ilə astaca soruşdu: "Hara?". Cəbhəyə, Ağca. Vətəni qorumağa... Hər kəsin bir Vətən adlı sevimlisi var. Hər kəs də ona olan borcunu verməlidir... Ağca yaxşı anlayırdı Vətən nə deməkdir. Hər dəfə yovşanlı çöllərinin ətrini sinəsinə çəkəndə sevinirdi. Hər dəfə yağışında yuyunub, Günəşində lələklərini qurudanda Vətən hərarətini duyurdu... Ağca dimdiyini dostunun sevimli üzündə gəzdirdi. Onunla fəxr etdi, qürur duydu. Göyərçinlərin ağlaması bilinməz ki... Amma Ağca kövrəldi. Sonra ayrıldılar. Ağca əsgər paltarı geyinmiş dostunun ardınca bir xeyli uçdu. Yorulanadək... Sonra uca bir ağaca qonub o, gözdən itənədək baxdı... Onun əvəzinə sevindi...