Bal

On yeddi yaşlı Akiko atasıyla birgә bal keçirilәn “Rokumeykan” klubunun enli pillәkәniylә yuxarı qalxırdı. Gur işığa qәrq olan pillәkәnin kәnarları boyunca üç cәrgә xrizantem әkilmişdi: üçüncü cәrgәdә al qırmızı, orta cәrgәdә sapsarı, birinci cәrgәdә isә dümağ rәngli xrizantemlәrin ilk baxışda süni güllәri andıran iri lәçәklәri göz oxşayırdı. Xrizantem cәrgәlәrinin sona çatdığı, rәqs salonunun geniş qapılarının açıldığı üst meydanda orkestrin sәsindәn qulaq tutulurdu. Fransızcanı vә rәqsi hәlә uşaqlıqdan öyrәnsә dә, bu, Akikonun hәyatda gördüyü ilk bal idi. Ona görә, fayton kluba çatanacan qız seyrәk fanarlı tutqun Tokio küçәlәrini sәbirsizliklә nәzәrdәn keçirә-keçirә atasının tәkәmseyrәk suallarını huşu dağınıq halda cavablayırdı.

46 - cı ilin oyunları

Mühasirəyə düşmüşdülər. Çıxış yolu yox idi. Başı aşağı oturmuşdular. Hər üçü ölümlə üz-üzə dayanmışdı. Lakin heç biri – nə Siyavuş, nə Kərim, nə də Nazim ölmək istəyirdi. İki yol vardı: ya əsirlik, ya da ölüm. Düşmən xəbərdarlıq etmişdi ki, təslim olmasalar atom bombası atacaq. Onların isə atom bombası yox idi. Yadlarından çıxarıb evdə qoymuşdular. Siyavuşun, Kərimin və Nazimin anası Səkinə elə buradaca – səngərdə oturmuşdu. O, qucağına sıxdığı balaca bir kuklaya – üç qardaşın bircə bacısı körpə Gülzara layla çalırdı:

Zırrama

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən: — Molla əmi, yəqin ki, məni tanımırsan? Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bilmədim nə deyim. — Buy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşərinəm də! Niyə, hacı Novruz ağanı tanımırsan? Mən hacı Novruz ağanın qardaşı oğluyam da! Öz həmşərini tanımırsan? –

Zəlzələ

Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.

Yük maşının sürücüsü

"Yük maşının sürücüsü" hekayəsinin baş qəhrəmanı, fiziki cəhətdən yük maşını sürücüsünün obrazına uyğun olmayan, uzun əlləri və düz qarını olan bir gəncdir. O, həmkarı Palombi ilə birlikdə yük maşını ilə Roma ilə Neapol arasında yük daşıyır. Bir gün Neapoldan Romaya gedərkən, yolda bir qadın onlardan lift istəyir. Sürücü, qadının gözəlliyinə heyran qalaraq, onu maşına dəvət edir. Bu görüş, sürücünün həyatında və münasibətlərində dəyişikliklərə səbəb olur