Kənddə bir vaxtlar çox mehriban bir qoca ər-arvad yaşayırdı. Onların çox mal-dövləti yox idi, amma bir-birlərini ürəkdən sevirdilər. Evdə yalnız bir inəkləri vardı — o da onların var-dövlətinin hamısı idi. Bir gün qoca dedi: — Bizim inəyimiz çox süd verir, amma artıq süd bizə artıqlıq edir. Gərək onu bazara aparım, satım, əvəzində nəsə faydalı bir şey alım. Arvadı gülümsəyib dedi: — Elə et, ərim, sən nə etsən, xoşdur!
Danabaş kəndinin məktəbi
Bu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir. Eh, gündür gəlir keçir! Hanı o günlər, hanı rus Karsı alan il? Amma deyəsən ki, dünən idi. Hərçənd o vədə mən uşaq idim, amma təfsilat lap yaxşı yadımdadı. Hətta burası da yadımdadı ki, xərmənlər təzə döyülürdü; yəni işin lap qızğın vaxtı idi. Özgə kəndləri bilmirəm, ilin bu fəsli bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə, bayırda olar. Kənddə qalar məhz övrətlər və itlər; çünki bunlar çöl işində əsla lazım deyillər. Haman günü ki, bu qəziyyə başlanır, mən özüm də xərməndə idim. Xəbər gəldi ki, nəçərnik, qazı, silistçi, hakim, miravoy sud və uşkol gəliblər kəndə.
Bülbül
Bilirsən ki, Çində İmperator da, onun rəiyyəti də çinlilərdir. Çoxdanın əhvalatıdır, amma nə qədər ki, tamam yaddan çıxmayıb, gərək onu eşidəsən! Bütün dünyada İmperatorım sarayından yaxşı saray tapılmazdı; o, büllurdan tikilmişdi, elə də kövrəkdi ki, ona əl vurmağa qorxurdun. Bağında gözəl güllər, çiçəklər əkilmişdi; ən yaxşılarının saplağından gümüş zınqırovlar asılmışdı; onların cingiltisi yoldan ötənlərin diqqətini çiçəklərə yönəltməli idi. Bax, bağ belə ustalıqla qurulmuşdu! Bağın ucu-bucağı görünmürdü, elə uzaqlara gedib çıxırdı ki, heç bağban da onun harda qurtardığını bilmirdi.
Aşçı və pişik
Dünya görmüş aşçı çıxdı mitbaxdan: Bir məzar üstündə verməyə ehsan. Siçandan qorusun deyə ərzağı, Pişiyə tapşırdı yağlı mitbağı. Dönərkən gördü ki, bulaşıb hər yan, Fəsəli yeyilmiş, bucaqda Məstan Bir masa altında çox qımıldanır, Ötürür toyuğu, hey mırıldanır. Elə ki, mətləbi aşçı anladı, Xeyirsiz Məstanı belə danladı: