Robinzon Kruzo

İngilis yazıçısı Daniel Defo öz dövründə daha çox ictimai, siyasi, iqtisadi problemlərdən yazan publisist kimi tanınmışdı. Hətta bəzi pamfletlərinə və satirik şeirlərinə görə o, rüsvayçılıq sütununa və həbsə məhkum olunmuşdu. D.Defonun bir sıra romanlarında ictimai mühitin insanları əxlaqsızlığa və cinayətə vadar etdiyi göstərilir. 1719-cu ildə yazılmış “Robinzon Kruzo” romanı D.Defonun ən məşhur əsəridir.

Zərnigar

Biri var, biri yoxmuş. Səmərqənddə bir padşah varmış. Onun adına Şəmil deyərdilər. Sonu, züryəti bircə qızı vardı. Bunun adı Zərnigardı. Bu bir molla tutmuşdu ki, bir ayrı otaqda bu qıza dərs deyə. Bu molla həmişə qabaqca bu qıza gəlib dərs deyirdi. Sonra gedib başqa uşaqlara dərs deyirdi. Bir gün oturub ərli arvadlı xörək yeyirdilər. Bu arvad ərinə dedi ki: – Əşi bizim də bir soymuz yoxdu, gəl gedək Məkkəyə ziyarət eliyək. Bir adımızı iki eliyək. Bu Şəmil arvadının sözün qəbul elədi. Dedi: – Nolar, yaxşı olar. Səmil vəziri çağırdı. Dedi: – Vəzir, mənim pərdeyi-ismətdə bir qızım var. Onun sənə bir ehtiyaclığı yoxdur, yeməyi yanında, içməyi yanında. Otur yerimdə padşahlıq elə, ölərəm padşah, gələrəm də yenə vəzirsən. Mən gedirəm Məkkəyə, o qızı sənə tapşırıram, səni də Allaha.

Yeddi qardaşlar

Biri var idi, biri yox idi. Bir ayı, günü keçmiş kişi var idi. Bir arvadı var idi. Bunların yeddi oğlanları var idi. Amma heç qız uşaqları yox idi. Yeddi qardaşlar bir bacıları olmadığından çox qəmgin idilər. Bir gün yeddi qardaşlar analarına dedilər: – Ay analı, bacı çox istiqanlı olur, deyirlər. Hayıf ki, bizim bircə bacımız yoxdur. İndi ki bacımız yoxdur, biz gedirik uzaqdakı Ballı dağa ovçuluğa. O vaxta kimi gəlmiyəcəyik ki, sənin uşağın olsun. Ay ana, havaxt oğlun olsa qapıya ox as, ondan da o yana gedək, daha gəlməyək. Ha vaxt qızın olsa, qapıya ələk as. Gələk evə.

Usta Zeynal

Hekayənin çox sadə bir süjeti vardır. Muğdusi Akopun böyük oğlu Moskva Universitetini bitirib evlərinə gəlir. Onun evində böyük canlanma və həyәcan vardır. Hamıdan çox ev sahibi narahatdır. Düzdür, qonaqları qəbul etmək üçün onun evində hər şey hazırdır, otaqlar təmizdir və onların hamısı yenicə sahmana salınmışdır, lakin bədbəxtlikdən bir neçə gün bundan əvvəl çox şiddətli yağan yağışdan sonra zalın səqfinin bir tərəfindən su axmış və səqf uçulub tökülmüşdür. Oğlu gələnə qədər səqfin uçan yerini suvayıb düzəltmək lazımdır. Oğlu isə alınmış teleqrafa görə iki gündən sonra gəlməli idi. Bədbəxtlikdən Muğdusi Akopun tanışı, bənna Usta Cəfər bu vaxt başqa yerdə işləyirdi. Onda o, öz dostu Hacı Rəsulun məsləhəti ilə İrandan gəlmiş Usta Zeynal adlı birisini işləməyə götürür. Öz vətəninin həqiqi oğlu olan Usta Zeynal Muğdusi Akopun tam əksini təşkil edir.

Usta Abdulla

Günlərin bir günüdə sana kimnən xəbər verim, Yəmən vilayətinnən. Yəmən vilayətində bir padşah vardı. Bı imarət tikdirirdi. Hankı ustanı gətirirdi, boynun vırdırırdı. Hörgü yarımçıq qalırdı. İsfahanda bir usta Abdulla vardı. Bı eşitdi ki, padşah belə iş görür. Bı əhvalatı eşitcək durdu, hər həməssalanın götürüb düşdü yola. Bəli, yolların kənarıynan, dağların dabanıynan, amma dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi özün yetirdi Yəmən şəhrinə. Soruşdu kimin hörgüsü var, usdayam hörəcəyəm, dedilər: – Padşahın hörgüsü var, elə yarımçıxdı. Apardılar bunu padşahın yanına. Padşah bunnan soruşdu: